Şənbə günü, 19 iyul 2025
     

Ermənistan Rusiyanın qırmızı xəttini keçdi - Kreml qərar verdi...

Image

Ermənistan və Rusiya arasında gərginləşən münasibətlərin region üçün hansı nəticələırə gətirib çıxaracağı ekspert dairələrində getdikcə daha çox diqqət cəlb edir. Görünən odur ki, Ermənistan Qərbə meyllənməklə Rusiyanın qırmızı xətlərini keçir. 

Kremldən edilən xəbərdarlıqlardan isə İrəvan hələ müvafiq nəticələr çıxarmağa tələsmir.

Baş verənlər fonunda Ermənistanın "Past" nəşri də olduqca maraqlı məlumat yayaraq bildirib ki, ölkənin baş naziri Nikol Paşinyan anti-Rusiya mövqeyindən geri çəkilmək niyyətində deyil. Qəzetin yazdığına görə, Paşinyan bəzi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə keçirilən qapalı görüş zamanı bildirib ki, Rusiya ilə müttəfiqlik mənasızdır. Paşinyan ilk növbədə qeyd edib ki, hər kəsin şahidi olduğu kimi, xarici siyasət vektorunda dəyişikliklər var. Baş nazir onu da bildirib ki, dəyişiklik rəsmi şəkildə elan olunmayacaq, çünki bir sıra xarici tərəfdaşlar, xüsusən də İran  ölkə siyasətində bu dönüşün əleyhinədir. O, həmçinin əlavə edib ki, xarici siyasətdə dəyişiklik prosesi artıq başlayıb, davam edir, sakit və "yumşaq" şəkildə baş verəcək. Paşinyan bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində iştirak etməyəcəyini bildirib, həmçinin, onun sözlərinə görə, hökumət artıq bu strukturların əvəzləyicilərini axtarır və əmin olduğunu bildirib ki, tezliklə tapılacaq. Paşinyanın fikrincə, həmin əvəzləyici təşkilatlar tapılandan sonra ölkəsinin yuxarıda adıçəkilən qurumları tərk etməsi bəyan ediləcək və Baş nazirin dediklərinə əsasən, Qərb tərəfdaşlarından müxtəlif sahələrdə çox maraqlı təkliflər mövcuddur. Ermənistan hökumətinin rəhbəri eyni zamanda, xarici siyasət məsələləri ilə məşğul olan komandasının fəaliyyətini yüksək qiymətləndirərək, onların böyük iş gördüyünü və nəticələrin özünü çox gözlətməyəcəklərinə əmin olduğunu bildirib. İclasda iştirak edənlərin çoxsaylı suallarına cavab olaraq, baş nazir bildirib ki, Rusiya ilə ittifaqda qalmaq mənasızdır. Paşinyan əmin olduğunu vurğulayıb ki, ruslar müharibə və sanksiyalar nəticəsində zəiflədikləri üçün heç kimə kömək edə bilməyəcəklər, artıq əvvəlki kimi qərar sahibi deyillər. Onun sözlərinə görə, narahatlığa əsas yoxdur, Rusiya Ermənistandan getsə, ölkəsi üçün heç bir təhdid yoxdur, çünki ruslar artıq heç kimi cəzalandıra bilməzlər. Bir müddət gərginlik, informasiya sahəsində və uzaq məsafədən hücumlar ola bilər, lakin bundan artıq heç nə baş verməyəcək və Paşinyanın etdiyi kimi, buna hətta məhəl qoymamaq da olar. Nəşr onu da əlavə edir ki, iclasda iştirak edən bir sıra şəxslər oranı son dərəcə narahat halda və təşviş içində tərk edib. Erməni siyasi şərhçi Avetis Babacanyan qeyd edir ki, bu vəziyyət ölkə üçün yeni problemlərin yaranması ilə müşayiət olubnacaq.  O vurğulayır ki,  Ermənistan Rusiyanı artıq müttəfiq və dost hesab etmədiyini göstərmək üçün hər şeyi edir, Rusiya isə əksinə, Ermənistanın müttəfiqi və strateji tərəfdaşı olduğunu iddia etməkdə davam edir.

Ekspert bildirib ki, Nikol Paşinyan daha çox Qərb ölkələrinin liderləri və xarici işlər nazirləri ilə ünsiyyət qurur, Rusiya ilə yox: "Ötən həftə o, Parisdə Fransa prezidenti Emmanuel Makronla, ondan əvvəl isə İrəvanda Almaniya, Fransa, Kanada və Macarıstanın xarici işlər nazirləri ilə görüşüb. Əvəzində Paşinyan KTMT və MDB dövlət başçılarının görüşlərində iştirak etmək üçün dəvətləri qəbul etməkdən imtina edib. Paşinyanın sonuncu dəfə Rusiya prezidenti ilə nə vaxt görüşdüyünü və ya Rusiya xarici işlər nazirinin İrəvana səfərini xatırlamaq çətindir. Bu günlərdə Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclası olub, lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmin iclasda iştirak etməkdən imtina edib. Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova deyir ki, Qriqoryan görüşdə iştirak etməsə də, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononu Ermənistanda qəbul edib, amma vacib olan odur ki, Ermənistan həmin görüşdə Ermənistanın Rusiyadakı səfiri səviyyəsində iştirak edib. Belə görünür ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi üçün rusiyalı həmkarı Nikolay Patruşevlə görüş yox, Lui Bono ilə görüş önəmli idi. İndi Ermənistanın müttəfiqi kimdir - ABŞ, yoxsa Rusiya?". Babacanyanın sözlərinə görə, Ermənistan hökuməti KTMT tədbirlərində iştirakla bağlı bütün dəvətlərə məhəl qoymursa, Ermənistanı KTMT üzvü saymaq olmaz: "Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanla Rusiya arasında münasibətlərin pozulmasında Qərbi günahlandırmaq istəyir: "Hazırda Ermənistanı fəal şəkildə ovlayan Qərb ölkələri Rusiya Federasiyasına qarşı onunla dostluq etmək istəyir". Lavrovun məntiqi belədir. Ermənistanla Rusiya arasında münasibətlər Rusiyanın uğursuz və ya uğurlu xarici siyasətinə görə yox, Qərb dövlətlərinin Ermənistana xitab etməsinə görə pisləşir. Əks halda Ermənistan Rusiyanın təsiri altında qalmaqda davam edərdi. Lavrov onu da deyir ki, Ermənistanın öz baxış bucağı, mövqeyi yoxdur, sadəcə olaraq yaltaqlanır, aldadılır və Ermənistan həmin vədlərə inanaraq Rusiyaya qarşı dostluq edir. Rusiya Qərb dövlətləri ilə hər hansı əməkdaşlığı özünə qarşı hərəkət kimi qəbul edir". O iddia edib ki, Qarabağda baş verənlərdən sonra Rusiya və Ermənistan artıq yaxın müttəfiq və ya strateji tərəfdaş deyillər: "Ermənistanın Rusiya ilə müttəfiqlik müqavilələrinin pozulduğunu elan etməyə cəsarəti çatmır, çünki qorxur ki, yaxın müttəfiqi və strateji tərəfdaşı olan Rusiya Azərbaycanı özünə cəlb edə və onun Ermənistanın digər ərazilərini də ələ keçirməsinə kömək edə bilər. Ermənistan istəyir ki, Rusiya Ermənistandan özü çıxsın, Paşinyanın dediyi kimi:  "Ermənistan KTMT-ni tərk etmir, amma KTMT Ermənistanı tərk edir". Ancaq Sergey Lavrov və onun mətbuat katibi Mariya Zaxarova bəyanatlarında açıq şəkildə bildirirlər ki, Ermənistanın bütün səylərinə baxmayaraq, Rusiya Ermənistanı tərk etmək fikrində deyil, çünki Ermənistanın münasibətindən asılı olmayaraq, Ermənistanı "yaxın müttəfiq və strateji tərəfdaş" hesab edir". Bu halda erməni şərhçi Edik Andreasyan bildirir ki, Rusiya Azərbaycanın yardımı ilə İrəvanı çox sərt cəzalandıracaq: "Mənim, yaxud bizim nəsə deməyimiz heç nəyi dəyişmir. Paşinyan danışsa, bəlkə nəyəsə ümid etmək olardı. Hərçənd, Nikoldan nəsə gözləmək də mənasızdır. O, baş nazir kreslosunda əyləşib Qarabağla bağlı baş verənləri sakitcə müşahidə edir. Əliyev isə Xankəndidə "artsax"ın gerbini sökdü, "bayrağını" yerə tulladı, nümayişkaranə şəkildə binaya daxil oldu və pəncərəni açaraq, "artsax"ın qoxusunun belə ləğv edildiyinə dair incə bir mesaj verdi. Ermənistan hakimiyyəti isə ermənilərə hər şeyi unutmağı tövsiyə edir, bəyan edirlər ki, "artsax" artıq yoxdur. Əliyevin növbəti oxşar səfəri İrəvana – Nikol Paşinyanın ofisinə olacaq. Paşinyanın kabinetinin respublika meydanına baxan pəncərəsini açacaq ki, Nikolun iyi dağılsın. Sonra Paşinyan ya Əliyev tərəfindən həbs olunacaq, ya da Rusiyaya, yaxud ABŞ-a qaçacaq. Ermənistanın "mühacir hökuməti" başqa ölkədə qurulacaq, misal üçün, Gürcüstanda". Qeyd edilir ki, ölkənin Rusiya himayəsindən məhrum olması bütün bunları həqiqətən də reallıa çevirə bilər.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

18.07.2025 / 15:36
Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verdi

18.07.2025 / 15:17
Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikir...

18.07.2025 / 15:02
" Yeni Azərbaycan" TV-nin icraçı direktoru Murad Paşayevlə müsahibə - VİDEO

18.07.2025 / 14:33
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

18.07.2025 / 14:23
Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakıdan Naxçıvana avtobus reysləri bərpa olunur...

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910