Alimlər “cavanlıq iynəsi” kəşf etdi...
Xüsusi ximer antigen reseptorlarının (CAR) T-hüceyrələri vasitəsilə terapiya siçanlarda hüceyrəvi yaşlanma prosesini qismən gerilədə bilər. xarici medianın yazdığına görə, bu qənaətə Kold-Sprinq-Harbor laboratoriyasının (ABŞ-da özəl qeyri-kommersiya təşkilatı) alimləri gəliblər. Tədqiqatın nəticələri “Nature Aging” jurnalında dərc olunub.
Bundan əvvəlki sınaqlar göstərib ki, yaşlanmanın səbəblərindən biri orqanizmdə qocalma hüceyrələrinin və ya “zombi hüceyrələr”in toplanmasıdır. Onlar daha parçalanmasalar da, toxumalarda qalır, metabolik problemlərin inkişafına və fiziki hazırlığın azalmasına səbəb olurlar.
Amerika alimləri tərəfindən siçanlar üzərində aparılan tədqiqatlarda bəlli olub ki, ximer antigen reseptorlarının T-hüceyrələrinin birdəfəlik inyeksiyası hüceyrə qocalmasının əlamətlərini ləngidə bilər.
Mətləb