Keniyalı dünya rekordçusu yol qəzasında öldü
Keniyalı marafonçu Kelvin Kiptum 24 yaşında yol qəzasında dünyasını dəyişib. “Nation Africa” nəşrinin məlumatında deyilir ki, Kiptumun idarə etdiyi avtomobil bazar günü axşam saatlarında qəzaya düşüb. Avtomobildə idmançıdan başqa daha iki sərnişin olub. Onlardan biri, Kiptumun məşqçisi Gervais Hakizimana da dünyasını dəyişib. İkinci sərnişin qız olub, o, xəsarətlərlə xəstəxanaya aparılıb.
Kiptum aprelin 14-də Rotterdam marafonunda iştirak etməli idi. O, həmçinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları üçün Keniya yığmasının heyətinə daxil edilmişdi.
Mətləb