Bir neçə məntəqədə səsvermənin nəticələri ləğv edildi, məntəqə seçki komissiyaları buraxıldı
Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımları atıb.
Bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.
Qeyd edilib ki, daxil olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün informasiyalar araşdırılıb. Aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanıb.
Beləliklə, 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb.
ZÜMRÜD