MSK-nın prezident seçkiləri ilə bağlı yekun iclası keçirilir
Mərkəzi Seçki Komissiyasının fevralın 11-də prezident seçkilərinin yekun nəticələri ilə bağlı iclası keçirilir.
Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunur.