Tramp Vaşinqtonu İsrail və Ukraynaya təmənnasız yardımları dayandırmağa çağırdı - kredit şəklində verilməlidir...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hər hansı bir ölkəyə təmənnasız yardım etməkdən imtina etməli və vəsaiti yalnız borc olaraq ayırmalıdır.
"Vaşinqton İsrail, Ukrayna və digər xarici ölkələrə pulsuz yardım göstərməkdən imtina etməli və onu yalnız kredit şəklində verməlidir" deyən Tramp vurğulayıb ki, şərtlər əlverişli ola bilər, məsələn, faizsiz və müddətsiz.
Tramp bu şərtlərlə Ukraynaya 60 milyard dollarlıq kreditin verilə biləcəyini bildirib.
TAHİR