Erməni lobbisi Amerikada və Fransada əleyhimizə daha 2 addım atdılar...
Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət kursu bir çox qərb "başbilənlərini" əməllicə özündən çıxarıb. Ermənistandan fərqli olaraq Azərbaycanın düşünülmüş və praqmatik milli maraqlara əsaslanan xarici siyasət konsepsiyası ölkəmizə qarşı ikili siyasət yürüdənləri daha da özlərindən çıxarır, bu ünsürlərin olmazın təxribatlarına baş vurmalarına səbəb olur. Xüsusilə Emmanuel Makron Fransası və ABŞ-dakılar bu işdə əməllicə erməni lobbisi kimi hərəkət edirlər. Niyyət bəllidir: nəyin bahasına olursa olsun Azərbaycan əleyhinə qərarlar qəbul edilməsinə nail olmaq. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "ABŞ konqresmeni Frenk Pollone Azərbaycanın əleyhinə "Ermənistanın müdafiəsi haqqında" akt layihəsini Konqresin aşağı palatası olan Nümayəndələr palatasının müzakirəsinə təqdim edib ( Yuxarı palata sayılan Senat ötən ay bunu artıq qəbul edib).
Bu tərəfdən də eyni vaxtda Fransanın Xarici işlər naziri "Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi üçün dəyişməz öhdəçiliyimiz var" bəyanatı yayır. ( Nə vaxt ,hansı sənədlə bu öhdəliyi götürdükləri isə məlum deyil).
Azərbaycana qarşı siyasət açıq və kəskin forma alır....."
Mətləb