İsrail rəsmisi atəşkəs çağırışları etdiyi üçün Quterreşlə görüşü ləğv etdi...
İsrail parlamentinin sözçüsü Əmir Ohana Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə həyata keçirəcəyi görüşü ləğv edib.
Knesset spikerinin sözlərinə görə, görüşün ləğv edilməsinə səbəb Quterreşin atəşkəs çağırışları olub.
“İclasın ləğvi səbəbsiz baş vermədi. Knesset tərəfindən hazırlanan və 7 oktyabr fotolarının əks etdirən kitabı sizə vermək istədim, lakin o, bir daha İsraili döyüşləri dayandırmağa çağırdı və “HƏMAS”ın insanlardan qalxan kimi istifadə etməsinə baxmayaraq, yenə də İsraili tənqid etdi,” – Ohana bəyan edib.
TAHİR