KÖHNƏ VERSİYA            

Türkiyənin Naxçıvanda xilaskarlıq missiyası - Eynulla Mədətli yazır

Image

(əvvəli https://xalqqazeti.az/az/siyaset/163001-turkiyenin-naxcivanda-xilaskarliq-missiyasi

https://xalqqazeti.az/az/siyaset/163669-turkiyenin-naxcivanda-xilaskarliq-missiyasi)

II. Naxçıvan əhalisinin erməni təcavüzünə qarşı mübarizəsi

AXC hökumətindən gözlənilən yar­dımları ala bilməyən Naxçıvan əhalisi, Milli Şura ermənilər əleyhinə ümumxalq mübarizəsinə qalxdı. 1919-cu ilin iyulun­da Naxçıvanda daşnaklara qarşı geniş xalq üsyanları başladı. Kəlbəli xanın rəh­bərliyi ilə xalq qoşunu ermənilərə sarsıdı­cı zərbə vurdu, avqustun 30-da Naxçıvan şəhəri ermənilərdən təmizləndi. 

Bu azadlıq savaşında Naxçıvandakı azsaylı türk əsgərləri və zabitləri qəh­rəmancasına vuruşdular. Hakimiyyəti oturduğu əskəri kazarmadan kənara çıxmayan erməni general-qubernator Varşamyan və erməni qüvvələri Naxçı­vandan qovuldular. Xatırladaq ki, hələ 28 fevral 1919-cu ildə AXC Bəhram xan Naxçıvanskinin başçılığında Naxçıvan general-qubernatorluğunu yaratmışdı. Az sonra onu qısa müddətdə Haşımbə­yov əvəz etmişdi. (Əliyev, s.62) Ermə­nilər Naxçıvandan qovulandan sonra AXC hökuməti Səməd bəy Cəmillinskini Naxçıvan bölgəsinin general-qubernato­ru təyin etdi. Səməd bəy dərhal idarəet­mə strukturları yaratmağa başladı. Xəlil bəyi bölgə qoşunlarına komandan təyin etdi. Kəlbəli xan həm komandan müavini, həm də Naxçıvan qoşun dəstəsinin ko­mandiri oldu.

1919-cu ilin iyul-avqustunda Nax­çıvana gələn Amerika polkovniki Rey Cəfərqulu xanla və Xəlil bəylə gizli danı­şıqlar apararaq burada Amerika general qubernatorluğu yaratmağı irəli sürmüş­dü. Avqustun sonunda Amerika polkovni­ki Paskel Paris Sülh Konfransı və Antan­ta Müttəfiqlər şurası adından Azərbaycan hökumətinə bildirmişdi ki, Şərur, Naxçı­van və Dərələyəzdə ABŞ general-quber­natorluğu yaradılır. Oktyabrın 23-də pol­kovnik Edmond Deli qubernator kimi işə başlamalı idi. 

Belə bir şəraitdə AXC rəhbərləri ABŞ nümayəndələri ilə fəal danışıqlara gir­dilər. Polkovnik Paskelin nümayəndəsi general Robinson Naxçıvana gəldi, ar­dınca general Mozetey, onlar gedəndən sonra polkovnik Rey gəldi. Rey özünün general qubernator təyin edildiyi haqqın­da xalqa məlumat vermək üçün camaatı yığmağı təkid etdi. Lakin oktyabrın 23-də toplanan Milli Şura qərar verdi ki, xalq azərbaycanlı general-qubernatordan başqa, heç kimi tanımaq istəmir. Belə olduqda Rey polkovnik Delini Naxçıvan hökuməti yanında müşavir təyin edərək bölgəni tərk etməli oldu.

1919-cu ilin noyabrında ermənilər ye­nidən Naxçıvan torpaqlarına hücumlara başladılar. Ordubadın bir neçə kəndini ələ keçirən ermənilər əhaliyə divan tut­dular. Xəlil bəyin göndərdiyi taborlar er­mənilərə güclü zərbə vurub geri oturtdu. Ermənilərlə döyüşdə Kəlbəli xan fədakar­lıq göstərirdi, lakin onun həm Naxçıvanın general-qubernatoru C.Cəmillinski, həm də Xəlil bəylə ixtilafları hələ qalmaqda idi. AXC nümayəndələri bu gərginliyin götü­rülməsi üçün səy edirdilər. Sonra Kəlbəli xan Türkiyənin yüksək hərbi ordeninə la­yiq görüldü. AXC hökuməti də Naxçıva­nın müdafiəsindəki xidmətlərinə görə ona general- mayor rütbəsi verdi.

1920-ci ilin əvvəllərində ermənilərin Naxçıvana hücumları yenidən başlandı. Naxçıvanın etibarlı müdafiəsini təmin etmək məqsədilə Xəlil bəy Bəyazit türk diviziyasının komandiri Cavid bəyə mü­raciət etdi. K.Qarabəkir paşanın tapşırığı ilə Naxçıvanın müdafiəsi üçün tədbir­lər hazırlandı. 1920-ci ilin martında XI Qafqaz ordusu komandanı K.Qarabə­kir paşanın qərarı ilə Naxçıvandakı türk qüvvələrini gücləndirmək və Xəlil bəyə dəstək üçün Əli Teymur bəyin başçılığı altında 50 nəfərdən ibarət türk bölüyü göndərildi.

Bu tədbirlərin fövqəladə əhəmiyyəti var idi, çünki Naxçıvanın AXC ilə əlaqələ­ri çox zəifləmişdi. AXC hökumətinin daxili və xarici siyasi vəziyyəti olduqca pisləş­mişdi. Belə şəraitdə martın 21-də daşnak qoşunları Naxçıvan üzərinə irimiqyaslı hücuma keçdilər. Türk zabiti Zob bəyin, Kəlbəli xanın, Xəlil bəyin, Nuru bəyin, Nəci bəyin, Ədib bəyin başçılığı ilə dö­yüşən taborlar ermənilərə zərbə vuraraq geri oturtdular.

23 aprel 1920-ci ildə Ankarada Mus­tafa Kamal paşanın başçılığı ilə Böyük Millət Məclisi keçirildi. K.Qarabəkir paşa Şərq cəbhəsinə komandan təyin olun­du və dərhal ermənilərə qarşı döyüşə hazırlaşmağa başladı. 1920-ci il mayın 6-da Naxçıvandakı türk əsgərlərinin işlə­rini yoxlamaq, həmçinin lazımi köməklik göstərmək üçün ordu zabitləri Veysəl Ünüvar, Kamil bəy və Cəlal bəydən ibarət bir heyət Naxçıvana göndərildi. II Qafqaz tüməninin qərargah rəisi Bakı ilə əlaqə yaradıb oradakı vəziyyəti öyrənmək məqsədi ilə bu heyətə daxil edilmişdi. Şərurun Şahtaxtı kəndində heyəti İbra­him Şahtaxtinski (Behbud Şahtaxtinski­nin qardaşı) qarşıladı, qonaq etdi. Heyət mayın 10-da qatarla Naxçıvana gəldi.

Bu vaxtlar AXC-nin təyin etdiyi ge­neral-qubernator Naxçıvanda otursa da, bölgə felən Naxçıvanın Milli Şurası (Cəfərqulu xanın başçılığı ilə) və Özünü­müdafiə Komitəsi (Kəlbəli xanın başçılığı ilə) tərəfindən idarə olunurdu. Buradakı türk əsgərləri və zabitləri də Naxçıvanın xanı və digər qeyrətli oğulları ilə bərabər bu diyarın ermənilərdən müdafiəsində yaxından iştirak edirdilər.

Veysəl bəy bir hərbi müfəttiş kimi Or­dubaddan Dəvəliyə qədər yerləşdirilmiş taborları yoxlayırdı. Sonralar general ol­muş Veysəl bəy xatirələrində yazırdı ki, “Xalq rus və erməni təzyiqindən qurtarmış olmasının nəşəsi içində bizi məhəbbətlə salamlayırdı”. Şərurun Yengicə kəndində Məşədi Hüseynin evində qonaq qaldığını yazan Veysəl bəy, onu Şərur türklərinin qəhrəmanı kimi, ermənilərlə aparılan mü­barizədə malından və canından keçən bir insan kimi təsvir edir. Mayın 16-da Vey­səl bəy təftiş işlərini bitirib Şaxtaxtı-Maku yolu ilə Bəyazitə qayıtdı.

1920-ci il aprelin 27-də bolşevik Ru­siyası Azərbaycanı işğal edəndən sonra Zəngəzurda və Naxçıvan bölgəsində ermənilər daha da fəallaşdılar. Onlar Naxçıvan da hücumlar edir, əhaliyə di­van tuturdular. Zəngəzurda yolları tutub Naxçıvanın Azərbaycanla əlaqəsini kəs­mişdilər. Buna görə K.Qarabəkir paşanın əmri ilə Bəyazitdən minbaşı Əli Dəmir bəyin başçılığı ilə iki tabur Naxçıvana göndərildi.

Bu vaxtlar Naxçıvanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəb idi. İndiyədək Naxçıvanda türk əsgərlərinin başında duran, bu bölgənin müdafiəsi üçün xeyli işlər görmüş olan Xəlil bəy Naxçıvanda bəzi dairələrin güdməyə başladığı ermə­nilərlə anlaşmaq, danışıq yolu ilə sülhə nail olmaq siyasətinə görə istefa vermiş­di. Buna görə 5 iyul 1920-ci ildə Veysəl bəy Naxçıvandakı qüvvələrə rəhbərlik et­mək üçün yenidən Naxçıvana göndərildi.

Veysəl bəy yuxarıda adı çəkilən xa­tirələrində yazır ki, naxçıvanlılar türkləri ruslarla müttəfiq olmaqda ittiham edir­dilər. Naxçıvanın çox qeyrətli və qəhrə­man bir türk kəndi olan Nehrəmdə bir toplantı yapıldı. Azərbaycanın uğradığı fəlakət anladıldı, bolşeviklər lənətlən­di. Mitinqdə deyilirdi: “Türkiyə özünü qurtarmaq üçün bizi qurban edir. Əgər bolşeviklərin xatiri üçün təərrüzdən vaz keçməsələrdi, bu gün iki düşmən ara­sında qalmayacaqdıq”. Naxçıvanda eyni zamanda bolşevik təbliğatı aparan qüv­vələr də fəallaşmışdı, az sonra Naxçıvan bölgəsi də ruslar tərəfindən işğala məruz qaldı və iyulun 28-də burada Sovet haki­miyyəti qurulduğu elan edildi.

Azərbaycan hökumətinin sədri Nəri­man Nərimanovun sərəncamı ilə (Orco­nikidzenin təzyiqi ilə) 1920-ci ilin avqus­tunda Tambov kəndlilərinin üsyanının amansız məhv edilməsində rol oynamış Bahadur Vəlibəyov 300 nəfərlik süvari qoşunla Naxçıvana fövqəladə komissar vəzifəsinə göndərildi. İranda mühacirət­də olan Abbasqulu bəy Şadlinski dəstə­si ilə Naxçıvana dəvət edildi və “Qırmızı tabor” adı ilə formalaşdırıldı. Bu tabor daşnak Njdenin quldurlarının dəf edilib qovulmasında həlledici rol oynadı. 

Şərur qəzası ermənilərdən tama­milə azad edildi və orada da Qəza İnqi­lab Komitəsi təşkil olundu. Qırmızı Ta­bor 1921-ci ilin yanvar-fevral aylarında Dərələyəz-Şərur-Qəmərli də daşnaklara sarsıdıcı zərbələr vurdu. Abbasqulu bəy Şadlinski və onun rəhbərlik etdiyi Qırmı­zı Taborun qəhrəman mübarizə yolu Əli Əliyevin 1990-cı ildə Bakıda nəşr edilən “Qırmızı Tabor” kitabında ilk dəfə geniş işıqlandırılmışdır. 

B.Vəlibəyov və rəhbərlik etdiyi 1920-ci il oktyabrın 5-də yaradılan Naxçıvan Fövqəladə Komissarlığı Naxçıvanın yerli nüfuzlu şəxslərinə – Kəlbəlı xana, atası Cəfərqulu xana, Rəhim xan Naxçıvanskiyə qarşı ədalətsiz repressi­ya tədbirləri həyata keçirirdi. Fyodorovun başçılıq etdiyi Naxçıvan İnqilab Komitəsi bütün yerli vətənpərvər qüvvələri təqib edir, həbs edir, işgəncələrə məruz qo­yurdu. Fyodorov Türkiyə təmsilçisi Xəlil bəyin fəaliyyətini bütün vasitələrlə məh­dudlaşdırırdı. O da, Vəlibəyov kimi, türk əsgərlərinin Naxçıvandan çıxarılmasına təkid edirdi.

Ermənistanda Sovet hakimiyyəti quru­landan sonra RSFSR-in milli işlər komis­sarı İ.Stalin 1920-ci il dekabrın 3-də ermə­ni xalqına göndərdiyi teleqramda bildirir ki, guya: “Sovet Azərbaycanı “mübahisəli” vi­layətlərdən könüllü olaraq əl çəkir və Zən­gəzurun, Naxçıvanın və Dağlıq Qaraba­ğın Sovet Ermənistanına verilməsini elan edir”. Bu xəbər Naxçıvan əhalisinin kütləvi etirazı ilə qaşlılanır. Naxçıvanda Sovet hakimiyyəti qurulmuş olsa da, ermənilərin özbaşınalığı davam edirdi. Daşnaklar hər cür təcavüzə əl atırdılar.

1920-ci il dekabrın sonlarında Ermə­nistan İnqilab Komitəsi Naxçıvanın Sovet Ermənistanının bir hissəsi olduğuna dair bəyanat verdi. Bu bəyanata Naxçıvanda əhali kəskin etirazı ilə cavab verdi. Əli Əliyev Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivindəki sənədə istinad edərək yazır ki, Azərbaycan rəhbərliyi İnqilab Komitəsinin üzvü və ədliyyə komissarı Behbud Şahtaxtinskini yaranmış vəziy­yəti araşdırmaq üçün Naxçıvana ezam edir. 

B.Şahtaxtinski əhali ilə görüşdə de­yir: “Azərbaycan sizi torpağınızla birlik­də Ermənistana satıb, əgər mən Bakıda olsaydım, buna qəti surətdə razılıq ver­məzdim. Mən Azərbaycan İnqilab Ko­mitəsinin üzvü kimi Vəlibəyovu vəzifədən azad edib özümlə Bakıya aparacağam. Siz torpağınızla birlikdə öz müstəqilliyini­zi saxlamaq istəyirsinizsə, burada istinad edəcəyimiz yeganə qüvvə Türkiyə qo­şunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətdən xilas edəcəklər”. 

Şərq cəbhəsində erməni qoşunlarına qarşı uğurlu əməliyyatlar keçirən K.Qara­bəkir paşa 1920-ci ilin sentyabrın 29-da Sarıqamışı, oktyabrın 1-də Kağızmanı, oktyabrın 30-da Qarsı ermənilərdən azad etdi. Ultimatumla noyabrın 7-də Gümrü­nü götürdü, noyabrın 12-də İqdırı azad etdi. Nəhayət, noyabrın 25-də ermənilər təslim olmaq notasını qəbul edərək (bu nota 10-15 gün əvvəl erməni hökumətinə verilmişdi) danışıq stolu arxasına gəldilər və 3 dekabr 1920-ci ildə Gümrü müqa­viləsi bağlandı. 

Bu, yeni Türkiyənin ilk siyasi zəfəri idi. Təkcə Qarsın fəthində ermənilərin iki generalı, 6 polkovniki, 16 yüzbaşısı, 1500 əsgəri əsir götürülmüşdü. 1110 er­məni əsgər-zabiti məhv edilmişdi. Əsirlər arasında Ermənistanın hərbi naziri Ara­ratov, Baş qərargah rəisi Vəkilov, Qarsın komendantı Primov (rus) və bir mülki na­zir də var idi.

Qısa müddətdə K.Qarabəkir paşa­nın qoşunları gürcülər tərəfindən işğal edilmiş bölgələri də geri aldı. 1921-ci il fevralın 23-də danışıq yolu ilə gürcülərin boşaltdıqları Ərdəhana türk bayrağı san­cıldı. Türk qoşunları martın 9-da Ahıs­kanı, 11-də Batumu, 14-də Ahılkələki azad etdilər. Türk qoşunlarının bu zəfərli irəliləyişləri Moskvada həftələrlə gecikdi­rilən Rusiya Xarici İşlər naziri Çiçerin və onun erməni müavini Qaraxan tərəfindən “ermənilərə Türkiyə torpaqlarından pay verilməsi” ilə əlaqədar çəkçevir müza­kirələrini sürətləndirdi.

Qeyd edilməlidir ki, Batum müqavilə­sinə görə (4 iyun 1918-ci il) Naxçıvan Tür­kiyənin himayəsində idi və Türkiyə hərbi sahədə olduğu kimi, diplomatik sahədə də Naxçıvanın heç bir halda Ermənistana verilməməsi üçün ciddi səy göstərmişdi. Buna görə sonrakı illərdə də ermənilərin, ingilislərin, amerikalıların, həmçinin rus­ların müxtəlif yollarla Naxçıvana yiyələn­mək, yaxud Ermənistana vermək kimi cəhdlərinə qarşı Osmanlı Türkiyəsi kimi, Mustafa Kamal Türkiyəsi də bütün mümkün olan va­sitələrlə mübarizə aparmışdır.

1920-ci ilin dekabrın 13-də Mosk­va danışıqlarına yola düşməzdən əvvəl Türkiyə nümayəndə heyətinin başçısı Y.Kamal bəy Mustafa Kamal paşa ilə görüşmüş və “Paşam, ruslar Naxçıvan üzərində israr edərlərsə, nə yapalım? –deyə soruşmuşdu. Mustafa Kamal Paşa demişdi: “Naxçıvan türk qapısıdır. Bunu xüsusi nəzərə alaraq əlinizdən gələni yapınız”. Həqiqətən, həftələrlə davam edən çətin danışıqlardan sonra Naxçıvan bölgəsinin taleyini müəyyən edən Mos­kva müqaviləsinin bağlanmasına nail olunmuşdu. Naxçıvanın Türkiyəyə bağ­lanmasına qəti etiraz edən rus tərəfi bu bölgənin Ermənistana, bu olmazsa, Rusi­yaya qatılmasına cəhd etsə də, türk dip­lomatiyası sonda qoyduğu şərtlə qədim türk diyarının Azərbaycanın himayəsinə verilməsinə nail oldu.

1921-ci il martın 16-da Rusiya ilə Tür­kiyə arasında bağlanan dostluq müqa­viləsi Rusiya-Türkiyə arasında bir çox prinsipial məsələlərlə yanaşı, Naxçıvan bölgəsinin də, taleyini birdəfəlik həll etdi. Müqavilənin üçüncü maddəsinə uyğun olaraq Naxçıvan qoruyuculuq haqqını heç bir zaman üçüncü bir dövlətə burax­mamaq şərti ilə, bir muxtar bölgə kimi Azərbaycanın tərkibinə verildi. Bu mad­dədən çıxan qəti fikir ondan ibarət idi ki, Naxçıvan bölgəsi üzərində yalnız Azər­baycanın suveren hakimiyyəti olmalıdır və Azərbaycan buradakı hakimiyyətini, bu bölgənin müdafiəsində hansısa təh­lükə yaranarsa, Türkiyədən başqa üçün­cü dövlətə güzəştə gedə bilməz.

Moskva müqaviləsindən iki həftə sonra, 1921-ci il aprelin əvvəllərində Azərbaycan Sovet hökuməti Naxçıvanın taleyi ilə əlaqədar göstərdiyi milli xid­mətlərə görə kiçik bir xatirə olaraq Şərq cəbhəsi komandanı K.Qarabəkir paşaya və TBMM başqanı Mustafa Kamal paşa­ya 800 əyar gümüşdən, 24 nəfərlik 279 vahiddən ibarət iki yemək servizi dəsti hədiyyə göndərdi. 

1921-ci il oktyabrın 13-də Türkiyə ilə Ermənistan, Azərbaycan və Gürcüstan arasında Rusiya nümayəndəsinin iştirakı ilə bağlanan Qars Müqaviləsi Naxçıvan bölgəsi ilə əlaqədar Moskva Müqaviləsi­nin şərtlərini bir daha təsdiqlədi. Bunun­la Naxçıvanın taleyi həmişəlik müəyyən edildi. Bu çox mühüm tarixi əhəmiyyətli müqavilə Naxçıvan bölgəsinin qorunma­sı üçün etibarlı siyasi təminat oldu. 

Moskva və Qars müqavilələrində Naxçıvanın təsbit olunan statusu Azər­baycanın qədim torpağı olan Zəngəzurun Sovet hakimiyyəti tərəfindən Ermənistan Respublikasına verilməsindən, bununla da Naxçıvanın Azərbaycanın əsas his­səsindən fiziki olaraq ayrı salınmasından sonra xüsusilə aktuallaşdı və 1924-cü ilə elan ediləcək Muxtar Respublika statusu üçün zəmin yaratmış oldu. Sonrakı illərdə bu müqavilə həm də, bu bölgənin bütöv­lüyünün qismən də olsa qorunub saxlan­masında həlledici rol oynadı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixində verdiyi dekretlə Azərbaycanın Naxçıvan bölgəsi Muxtar Sovet Sosialist Respublikasına çevrildi.

Akademik İsmayıl Hacıyevin yazdığı kimi, Naxçıvanın tarixi müqəddəratında, onun Azərbaycanın tərkibində saxlanma­sında bir sıra amillərlə yanaşı, Moskva və Qars beynəlxalq müqavilələrinin də böyük rolu olmuşdur. Hər iki beynəlxalq müqavilə müddətsiz imzalanmış və bu gün də qüvvədədir. Həmin müqavilələr onu imzalayan dövlətlər tərəfindən birtərəfli qaydada ləğv edilə bilməz. 

Azərbaycan 1991-ci ildə öz müstəqil­liyinə yenidən qovuşandan sonra hələ SSRİ zamanında, 1980-ci illərin axırların­dan ölkəmizə qarşı başlanan erməni se­paratizmi, ardınca torpaqlarımızın işğalı Ermənistan tərəfindən blokadaya salınan Naxçıvan MR üçün ciddi təhlükə yaratdı. Tarix təkrar olunurdu, yeni şəraitdə də is­tiqlalını əldə etmiş Azərbaycan Respubli­kası Naxçıvanın müdafiəsində ciddi səy göstərə bilmirdi. Naxçıvan Muxtar Res­publikasında Vətən torpqalarının müda­fiəsi uğrunda erməni silahlı qüvvələri ilə aparılan qeyri-bərabər döyüşlərdə on­larla şəhid verilmiş, Sədərək rayonunun Kərki kəndi isə ermənilər tərəfindən işğal edilmişdi. 

Bu şəraitdə muxtar respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev 1992-ci il may ayının 21-də Londonun “Daily Telegraph” qəzetinə müsahibəsin­də Ermənistanın təcavüzkar siyasətini kəskin tənqid edib bu hərəkətlərin davam etdiriləcəyi təqdirdə yardım üçün Tür­kiyəyə müraciət edəcəyini bəyan etmiş, 1921-ci ilin oktyabrında bağlanmış Qars Müqaviləsi ilə Naxçıvanın qorunmasın­da, onun ərazi bütövlüyünün təmin edil­məsində Türkiyənin söz sahibi olduğunu bəyan etmişdi.

1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyası­nın iclasında Prezident Heydər Əliyev demişdi: “Mən hesab edirəm ki, Naxçı­vanın muxtariyyəti tarixi nailiyyətdir, biz onu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. Fikri­ni davam etdirən Ulu Öndər vurğulamışdı ki, Naxçıvanın muxtariyyəti Azərbaycan­la Türkiyənin sərhəd əlaqəsi üçün tarixi bir hadisədir. Çox tarixi bir hadisədir ki, o vaxt həm Azərbaycanın tərkibində Naxçı­vanda muxtariyyət yaranıbdır, həm də o sərhədlər həmin müqavilələrdə nizamla­narkən Azərbaycanın Türkiyə ilə kiçik də olsa, bir sərhədi yaranıbdır. 

Ümummilli lider Heydər Əliyevin 1991–1993-cü illərdə qardaş Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə yaratdığı şəxsi əlaqələrin, həyata keçirdiyi inten­siv görüşlərin və müzakirələrin Naxçıvan Muxtar Respublikasının qorunmasında, eləcə də, ölkələrimizin qarşılıqlı münasi­bətlərinin inkişafı və daha da genişlənmə­sində xüsusi əhəmiyyəti oldu. Türkiyənin Baş naziri Süleyman Dəmirəlin tapşırığı ilə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Na­zirliyinin nümayəndə heyəti Ermənistanın təcavüzü ilə əlaqədar yaranmış vəziyyəti öyrənmək məqsədilə 21 may 1992-ci il ta­rixində Naxçıvana gəldilər. Naxçıvan MR Ali Məclisində səfir Ömər Ərsunun başçı­lıq etdiyi heyəti qəbul edən Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin 1992-ci il mayın 18-dən muxtar respublikanın Şərur və Sədərək bölgələrinə silahlı təcavüzü barədə məlumat verərək bu istiqamətdə görülən tədbirləri də bildirdi. 

Bu vəziyyətlə əlaqədar Türkiyə Cüm­huriyyəti hökumətinin qəti xəbərdarlı­ğından sonra təcavüzkar Ermənistan Respublikası Naxçıvana birbaşa hərbi təcavüzdən çəkinməyə məcbur oldu, la­kin blokada siyasətini davam etdirməyə başladı. Eyni zamanda Ali Məclisin Səd­ri Heydər Əliyevin Naxçıvanın müda­fiəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasət, xüsusilə də Qars müqaviləsini gündəmə gətirməsi bu bölgəni həm xari­ci müdaxilədən, həm də daxili çətinliklər­dən xilas etməkdə tarixi rol oynadı. Ulu öndər Heydər Əliyev Qars müqaviləsinin siyasi əhəmiyyətini vurğulayaraq demiş­di ki, Naxçıvan Azərbaycanın əsas tor­paqlarından ayrı düşdüyünə görə Nax­çıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin anadan olmasının 75 illiyi münasibətilə Ankarada, Çankaya köşkündə, 1 noyabr 1999-cu ildə çıxış edən Heydər Əliyev bir daha bildirmişdi: “Naxçıvan Muxtar Respublikası Azərbay­canın ayrılmaz hissəsidir. Ancaq təəssüf ki, 1920-ci ildə Sovet hökuməti xəritələri böləndə, Azərbaycanın Zəngəzur maha­lını alıb Ermənistana verəndə Naxçıvan Muxtar Respublikası Azərbaycanın bö­yük torpağından ayrı düşübdür”. 

Ulu öndər daha sonra qeyd etmişdi ki, Ermənistan–Azərbaycan münaqişəsi başlayandan sonra Naxçıvan blokada halına düşdü və orada yaşamaq çox çə­tin oldu: “Hörmətli Süleyman Dəmirəlin Azərbaycana etdiyi yardımın ən önəm­lisi, Naxçıvan Muxtar Respublikasının o illərdə yaşamasını, dayanmasını təmin etməsidir. Araz çayı üzərində qısa bir za­manda həmin o “Həsrət körpüsü” yaran­masaydı bu, mümkün deyildi. O qışın 40 dərəcə şaxtasında Türkiyədən, Naxçıva­na elektrik xətti çəkildi, başqa yardımlar edildi. Mən orada yaşadığım dövrdə bun­ları öz gözümlə görmüşəm”. 

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi bu qədim diyarın yaxın tarixinə bir daha nəzər salmağa, bu böl­gənin, eləcə də, bütövlükdə Azərbayca­nın ən yeni tarixində qardaş Türkiyənin oynadığı tarixi rolu daha dərindən dəyər­ləndirməyə, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturu əsasında qurulan Azərbaycan–Türkiyə birliyinin gündən-günə artan gücünü və təsirini qiymətləndirməyə imkan yaratmışdır.

Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri dokroru







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031