Cümə axşamı günü, 10 iyul 2025
     

7 fevral seçkisi dünya mediasından düşmür...

Image

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi beynəlxalq medianın diqqət mərkəzində qalmaqda davam edir. 

Müxtəlif media orqanlarında Azərbaycanın son illərdə yürütdüyü siyasət, dövlət başçısının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətinin əhalinin seçkidə aydın qərar verməsinə və prezident İlham Əliyevin 92,05 faiz səslə qalib gəlməsinə aparıb çıxardığı vurğulanıb. Səsvermənin nəticələri elan olunduqdan sonra paytaxt Bakıda və regionlarda insanların böyük coşqu və sevinclə bayram etməsi, səsvermədən öncəki sorğuların seçkinin nəticələri ilə üst-üstə düşdüyü diqqətə çatdırılıb.

Bunlar fonunda qardaş Türkiyənin "Anadolu" agentliyi prezident İlham Əliyevin qələbəsinin xalqın liderinə verdiyi növbəti yüksək qiymət kimi qiymətləndirib: "Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələrinə görə, İlham Əliyev 92,05 faiz səslə qalib gəlib. Son 21 ildə İlham Əliyev beşinci dəfə seçki zəfəri yaşayıb. 2003-cü ildə keçirilən seçkilərdə qalib gələrək ilk dəfə prezident seçilən İlham Əliyev 21 illik hakimiyyətindən sonra "qalib xalqın qalib lideri" şüarı ilə iştirak etdiyi sonuncu seçkilərdə inamlı qələbə qazanıb. Heydər Əliyev siyasətini davam etdirən İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək işğal altındakı Qarabağı və ətraf əraziləri erməni işğalından azad etməklə liderliyini zəfərlə taclandırıb". Yazıda son illər Azərbaycan ilə Türkiyə arasında inkişaf edən münasibətlərə də geniş yer verilib. Rusiyanın "lenta.ru" portal isə yazır ki, Azərbaycanda 7 namizədin iştirak etdiyi növbədənkənar prezident seçkiləri əvvəlkilərdən fərqlənib: "Qarabağın azad edilməsindən sonra ilk dəfə olaraq prezident seçkiləri ölkənin bütün ərazisini əhatə edib, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində 6,5 milyondan çox seçici iştirak edib. Beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan cəmiyyətini çox narahat edən Qarabağ probleminin həllindən sonra İlham Əliyevin populyarlığı xeyli artıb. Bunu nəşrimizin müxbirinin seçkilərə bir neçə gün qalmış Bakı küçələrində keçirdiyi sorğular da təsdiqləyib. Yerli sakin Sahib Məmmədov "Lenta.ru"ya açıqlamasında qalan altı namizədin zəif olduğunu deyib: "O, çox balanslaşdırılmış daxili və xarici siyasət yürüdür. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinlə çox yaxşı dostluq münasibətləri var. Onun sözlərinə görə, bu məsələdə 1987-ci ildən azərbaycanlıların probleminə çevrilən Qarabağı azad etməsi mühüm rol oynayıb: "Dünyada hər hansı prezidentin öz torpaqlarını azad etməsi ilə bağlı başqa nümunə yoxdur. Bunu heç kim edə bilməz, amma bizim prezidentimiz, Ali Baş Komandanımız bunu edə bilib". Portal daha sonra yazır ki, bir qrup rusiyalı jurnalist azad edilmiş ərazilərdə üç seçki məntəqəsinə baş çəkib və heç birində qanun pozuntusu qeydə almayıblar: "Bütün seçicilər bir nəfər kimi İlham Əliyevi açıq şəkildə dəstəkləyərək doğma torpaqlarına qayıtmaq imkanına, yeni evlərə görə ona təşəkkürlərini bildiriblər". Digər Rusiya nəşri "gazeta.ru" yazır ki, hazırkı prezident İlham Əliyev inamlı qələbə qazanaraq digər namizədləri xeyli geridə qoydu: "MDB-nin baş katibi Sergey Lebedev bundan əvvəl bildirib ki, seçicilərin çoxluğu respublika sakinlərinin seçkiyə yüksək marağından xəbər verir. O, həmçinin, bunu Azərbaycan vətəndaşlarının sülhün, sabitliyin və əmin-amanlığın qorunması üçün əlindən gələni etməyə hazır olmasının nümayişi hesab edib. Rusiya prezidenti Vladimir Putin artıq İlham Əliyevə zəng edərək onu növbədənkənar prezident seçkisində inamlı qələbəsi münasibətilə ürəkdən təbrik edib və ona belə yüksək dövlət vəzifəsində fəaliyyətində yeni uğurlar arzulayıb".

Rusiyanın "İzvestiya" nəşri isə yazır ki, Azərbaycanda prezident seçkilərinin əsas özəlliyi səsvermənin Qarabağda ilk dəfə baş tutması idi: "Seçki günü Rusiya nümayəndə heyəti Qarabağa yollanıb. Azərbaycanın hər bir kəndinin girişində şəhidlərin – 2020-ci il müharibəsi zamanı həlak olan hərbi qulluqçuların fotoşəkilləri olan stendlər var. Kənd qəbiristanlıqlarında ayrıca xiyabanlar var, orada qəbirlər xüsusi dam örtükləri altındadır, məkan dövlət bayraqları ilə bəzədilib. Qarabağa daxil olarkən təhlükəsizlik qüvvələri pasportları yoxlayır, sonra ayrı-ayrı rayonların sərhədlərində nəzarət-buraxılış məntəqələri var. Regionda yolların kənarında minalanmış ərazilərin olduğuna dair xəbərdarlıq lövhələri var. Məlumdur ki, 2020-ci il müharibəsindən sonra 350 nəfər partlayıcı qurğuların qurbanı olub. Yol kənarlarında dağılmış və tərk edilmiş evlər görünür. Eyni zamanda minalardan təmizlənmiş ərazilərdə tikinti texnikası işləyir, yeni yollar, körpülər tikilir. İlk dayanacağımız Laçın rayonunun Zabux kəndidir. Burada seçki məntəqəsi məktəb binasında yerləşir, yerli sakinlər girişdə sıxlıq yaradıblar. Onlardan biri jurnalistlərlə danışmağa razılaşır. "Bu gün tarixi gündür! 1992-ci ildə, 30 yaşım olanda buradan ayrılmışdım. Keçən ilin payızında qayıtdım. Dövlət bizə pulsuz şəkildə evlər tikib verib, işıq, qaz, rabitə xətləri çəkilib. Ölkə rəhbərliyinə yalnız təşəkkür edə bilərəm", - Şakir adlı sakin deyir. Ardından Laçın şəhərinə gedirik, burada da seçki məntəqəsinin ətrafında ajiotaj var. Kütlə arasında tələbələr də var. Onlardan biri "İzvestiya"ya bildirib ki, hazırda iki şəhərdə - Bakı və Laçında yaşayır. "Paytaxtda Dövlət Bədən Tərbiyəsi İnstitutunda oxuyuram. Amma ali məktəbi bitirdikdən sonra tamamilə Qarabağa köçməyi planlaşdırıram və məktəb müəllimi kimi işə düzəlmək istəyirəm", - o deyib. Maraqlıdır ki, həmsöhbətimiz rus dilində də yaxşı danışır". "Rossiyskaya qazeta" isə yazır ki, Azərbaycanda prezident seçkiləri başa çatıb. Heç bir sürpriz olmayıb: qalib rekord seçici fəallığının qeydə alındığı növbədənkənar prezident seçkilərində 92 faizdən çox səs toplayan hazırkı dövlət başçısı İlham Əliyev olub. Bildirilib ki, Azərbaycan cəmiyyətində misli görünməmiş konsensus hökm sürür: "İnsanlar əmindirlər ki, indi ölkə iqtisadiyyatın inkişafı, eləcə də dost ölkələrlə əlaqələrin möhkəmləndirilməsi ilə daha da intensiv məşğul olmalıdır". Qeyd edilib ki, fevralın 7-də keçirilən prezident seçkilərdə maraqlı yeniliklər də var idi: "Məsələn, qeyri-qanuni təkrar səsvermə ehtimalını aradan qaldırmaq üçün seçki məntəqələrinin girişində hər bir seçicinin baş barmağı skan edilərək onun biometrik məlumatları xüsusi məlumat bazasına daxil edilib. Buna görə də hər hansı seçki məntəqəsinə yenidən daxil olub ikinci dəfə səs vermək mümkün deyildi".

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:34
Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb - YENİLƏNƏCƏK

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 min dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910