Şənbə günü, 12 iyul 2025
     

Qırmızı dəniz böhranı Transxəzər marşrutunun nüfuzunu qaldırdı...

Image

Qərbin Yəməndəki husi üsyançılarına qarşı atdığı addımlara baxmayaraq, Qırmızı dənizdə gəmiçilik üçün təhlükəsizlik vəziyyəti pisləşməkdə davam edir. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Baş verənlər fonunda "AP Moller-Maersk" korporasiyasının baş direktoru Vinsent Klerk agentliyə bildirib: "Biz, güman ki, təhlükənin pik həddini görməmişik. Husilərin bu hücumlar üçün istifadə etdiyi silahlar müxtəlifliyi ilə seçilir. Amma beynəlxalq ictimaiyyətin gəmilərin təhlükəsiz keçidinə nə vaxt və necə təminat verə biləcəyi ilə bağlı dəqiq fikir yoxdur". "Norden" gəmiçilik və logistika şirkətinin baş direktoru Yan Rinbonun fikrincə, Qırmızı dənizdə vəziyyəti sabitləşdirmək mümkün olmayıb: "Əksinə, vəziyyət getdikcə pisləşir. Gəmiçilik sahəsində işlədiyim 29 il ərzində belə bir şey görməmişəm".Agentliyin məlumatına görə, Yaponiyanın "Mitsui O.S.K. Lines" gəmiçilik şirkəti ən azı yaxın 2-3 ay ərzində gəmilərinin marşrutlarını dəyişəcəyini bildirib. Hazırda ABŞ və Britaniy akimi ölkələr də Qırmızı dənizdə baş verənlərdən ciddi əziyyət çəkir. Ümumiyyətlə, Yaxın Şərq münaqişəsinin kəskinləşməsi səbəbindən Qırmızı dəniz üzərindən daşımalarda yaranan fasilələrdən ən çox əziyyət çəkən Britaniya şirkətləridir. Həmçinin, Qırmızı dənizdəki böhranın Böyük Britaniya istehsalçılarına pis təsir etdiyi qeyd edilir. Qırmızı dənizdə yük daşınması ilə bağlı təhlükəsizlik vəziyyəti ABŞ-dan Hindistana neft nəqlini dayandırıb.Gəmi izləmə məlumatlarının təhlili göstərir ki, bu ilin yanvarında Hindistan neftayırma zavodları ABŞ-dan neft almayıb. Baxmayaraq ki, Hindistan əvvəllər Amerika tədarükçülərindən gündə orta hesabla 205 min barrel neft alırdı. Qırmızı dəniz böhranı səbəbi ilə yükdaşıma tariflərindəki artım səbəbindən tədarükün kəsildiyi bildirilir. Bununla yanaşı, Hindistanın İraqdan neft idxalı yanvar ayında gündəlik 1,19 milyon barrel olmaqla iki ilin ən yüksək səviyyəsinə çatıb. Bu da dekabr həcmlərindən dörddəbir dəfə çoxdur və 2022-ci ilin aprelindən bəri ən yüksək səviyyədir. Neft İxrac Edən Ölkələr Təşkilatının hesabatına əsasən, Rusiya artıq bir ildir ki, Hindistana neft tədarükündə liderdir və sentyabrda ölkənin ümumi idxalının 36 faizini təmin edir. Bütün bunlar o deməkdir ki, Qırmızı dənizdə baş verənlər ABŞ-ın Hindistanla yaxınlaşmaq siyasətinə ciddi zərər vurur. Bu durumda qlobal logistika mütəxəssisləri xəbərdarlıq ediblər ki, yanvarda Avropanı vuran Qırmızı dəniz böhranı fevralın sonlarında Amerikaya ciddi təsir göstərəcək. "Amazon" təchizat zəncirinin rəhbəri Dieqo Pantjoa-Navajas Qırmızı dəniz böhranından əvvəl Amerikanın Panama böhranından təsirləndiyini xatırladıb. Payızda suyun səviyyəsinin azalması ilə Panama kanalında ticarət gəmilərinin keçidləri məhdudlaşdırılıb. İndi Qırmızı dəniz böhranı ilə əlaqədar Süveyş kanalının tranzitləri azalıb. Pantjoa-Navajas Süveyş və Panama kanallarındakı iki vəziyyətin tədarük zəncirlərinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb: "Böhranlar Asiya ilə Avropa, Şimali Amerika ilə Cənubi Amerika arasında ticarətin qarşısını aldı. Problem ondadır ki, hər iki vəziyyət hazırda mövcud olmayan bir həll tələb edir".

Ümumiyyətlə, Asiyadan daşınan mallar 14 günlük gecikmə ilə Avropaya çatanda "Qırmızı dəniz böhranı" həyəcanı qaldırılıb. İsveçin məşhur mebel markası IKEA da Süveyş kanalındakı vəziyyətin gecikmələrə səbəb olacağı və bəzi IKEA məhsulları üçün stok məhdudiyyətlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib."Blue Yonder" şirkətinin qlobal sənaye strategiyaları üzrə baş direktoru Ann Mari Conkman da fevralın sonunda növbənin Amerikaya çatacağını bildirib: "Yəqin ki, Şimali Amerikada daha böyük təsir görəcəyik. Məhsul gecikmələri daha çox yayılacaq. ABŞ pərakəndə satış şirkətlərinin qarşıdakı həftələrdə istehlak malları üçün göndərmə gecikmələrini elan etməyə başlamasına səbəb olacaq". Bu durumda  ABŞ Qırmızı dənizin cənubunda və Ədən körfəzində Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən çoxsaylı ballistik raket hücumları həyata keçirildiyini açıqlayıb. Deməli, Qırmızı dəniz böhranı daha da dərinləşəcək. Baş verən hadisələr fonunda logistika şirkətləri alternativ marşrutlara üz tuturlar. Bu marşrutlardan biri Ümid burnundan keçməklə yüklərin Avropaya çatdırılmasıdır ki, bu zaman çatdırılma müddəti ən yaxşı halda 20 gün, daşımaların xərci isə ən azı 70 faiz artır. Həmçinin, yeni yoldan istifadə gəmi və konteyner çatışmazlığına da səbəb olur ki, bu da qiymət artımında öz əksini tapıb. Bütün bu faktorlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun  cəlbediciliyini və Azərbaycan logistikasının əhəmiyyətini ön plana çıxarır. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə əlaqədar mühüm işlər görülür. Bakı Limanının inkişafının ikinci fazasının həyata keçirilməsi, dəniz donanmasının artırılması ilə bağlı atılan addımlar, həmçinin Qazaxıstan tərəfindən limanların təkmilləşdirilməsi ilə bağlı görülən işlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun  potensialının böyük olmasından xəbər verir. Indi dünyada bu marşruta maraq sürətlə artır. Bunu şərtləndirən səbəblərdən biri məhz  Qırmızı dənizdə baş verənlərdir.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910