Bayden huşunu itirib: bu dəfə Sisini Meksika prezidenti adlandırdı...
ABŞ prezidenti Co Bayden növbəti dəfə "kələfin ucunu" itirib. Maraqlısı odur ki, yaddaşla bağlı heç bir şikayətinin olmadığını deyən ABŞ prezidenti, bu dəfə Misir prezidenti Əbdülfəttah əs-Sisini Meksika prezidenti kimi təqdim edib.
O, İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş yeni sazişin bağlanması perspektivlərini şərh edib. “Bildiyiniz kimi, Meksika prezidenti Sisi humanitar yardımların çatdırılması üçün əvvəlcə qapıları açmaqdan imtina edib”, - deyə, o bildirib.
Bu sözlərdən bir neçə dəqiqə əvvəl 81 yaşlı Bayden jurnalistlərin səhhəti ilə bağlı bir neçə sualını cavablandırıb və yaddaşının yaxşı olduğunu bildirib: “Mən yaxşı niyyətli yaşlı adamam, nə etdiyimi bilirəm. Mən prezidentəm və bu ölkəni ayağa qaldırmışam”.
Mətləb Salahov