Zelenski ABŞ-da Trampa “xod axtarır”
Rusiya mediası Ukrayna ilə bağlı maraqlı məlumat yayıb. Rusiya KİV-lərinin xəbərində deyilir ki, hazırda ABŞ-da olan Ukrayna nümayəndə heyəti, ehtimal ki, Prezident Vladimir Zelenskinin ABŞ-ın sabiq prezidenti Donald Trump ilə danışıqlarını təşkil etmək üçün ora gedib. Rusiyalı həmkarlarımızın yazdığından belə görünür ki, ukraynalıların bu səfərindəki məqsəd daha ciddi məsələ ilə bağlıdır. Çünki hazırkı Ağ Ev sahibi olan Co Baydenin Ukrayna ilə bağlı maliyyə ayırmaq planları, habelə Kiyevə silah-sursat verilməsi barədə Konqresə göndərdiyi təkliflər Respublikaçılar tərəfindən rədd edilir. Aydın olub ki, hazırda Ukraynaya vəsait ayrılmasını əngəlləyən ABŞ Konqresinin Nümayəndələr Palatasına faktiki nəzarət edən D.Trampdır.
Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Ermakın da tərkibində yer aldığı Ukrayna nümayəndə heyətinin Ağ Evdə, Konqresdə, analitik mərkəzlərdə ictimai təşkilatların nümayəndələri ilə görüşləri olacaq.
Mətləb Salahov