Fransa və Avropa İttifaqı Ermənistanı silahlandırmaqla Brüssel sülh formatını öldürürlər...
Son günlər qərb dövlətləri tərəfindən Ermənistanın silahlandırılması prosesi açıq müstəviyə keçib. Xüsusilə Fransa tərəfindən İrəvana göndərilən ən müasir silah-sursatlar beynəlxalq qurumların gözləri qarşısında baş verir. Onlar isə susurlar. Bu isə o deməkdir ki, qərbdəki təsisatlar Azərbaycan və Ermənistan arasında imzalanmalı olan Süıh Müqaviləsində qəti maraqlı deyillər. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu məsələ barədə fikirlərini bölüşüb. Politoloq yazır:
"Avropa İttifaqı , onun xüsusilə xarici siyasət və təhlükəsizlik komissarı Fransanın Ermənistanla hərbi sazişinə və Fransanın bu ölkəni hərbi texnika ilə təmin etməyə başlamasına reaksiya vermədi.Bu o deməkdir ki, Avropa İttifaqı da Ermənistanı silahlandırmaqda maraqlıdır .Ermənistanın silahlandırılması onu Azərbaycanla sülh sazişindən çəkinməyə təşfiq etməkdir, bölgəmizdə müharibə riskini saxlamaqdır,Ermənistanı Azərbaycan və Rusiya ilə qarşıdurmaya həvəsləndirməkdir.Bunlar isə öz növbəsində Azərbaycan- Ermənistan normallaşmasında Brüssel formatının rolunu heçə yendirməkdir .Eyni zamanda ,Avoittifaq və Fransa Brüssel formatı çərçivəsində indiyədək əldə olunmuş razılaşmaları qüvvədən salırlar. Brüssel sülh formatı Vətən müharibəsinə qədərki ATƏT Minsk Qrupunun Həmsədrlik formatının gününə düşür...."
Mətləb