"Azərbaycanda seçki prosesi hüquqi normalara uyğundur" - Rusiyalı politoloq
Azərbaycanda seçki prosesi hüquqi normalara uyğundur. Bunu Trend-ə rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, "Vətəndaş Dialoqu" Beynəlxalq Müşahidəçilər Missiyasının üzvü Daria Qrevtsova deyib.
“Biz görürük ki, seçki komissiyası və müşahidəçilər nə qədər yaxşı işləyir, insanlar necə sərbəst seçki məntəqələrinə gəlirlər. Bizə dedilər ki, vətəndaşlar səhər tezdən, məntəqələr açılan kimi səs verməyə gəliblər. Bu, seçicilərin marağını və onların öz vətəndaşlıq məsuliyyətini dərk etdiyini göstərir”, - deyə rusiyalı politoloq qeyd edib.
Daria Qrevtsovanın sözlərinə görə, seçki məntəqələrində prosesi izləyən çoxlu sayda yerli müşahidəçi var.
“İndi ən vacibi odur ki, vətəndaşlar öz iradələrini ifadə edə və səs verə bilsinlər”, - o əlavə edib.