Müğənninin qızı ən gənc "Qremmi" namizədi oldu...
Müğənni Viktoriya Monenin 2 yaşlı qızı Hazel anası ilə birlikdə "Hollywood" mahnısına görə "Qremmi" mükafatına namizəd olub.
Bununla da müğənninin övladı yaşı etibarı ilə tarixin ən gənc "Qremmi" namizədinə çevrilib. Viktoriya "Billboard"a müsahibəsində bunları deyib:
"Onunla fəxr edirəm. Hazel nə baş verdiyini hələ başa düşmür. bir növ çaxnaşma içindədir, çünki hamımızın sevinərək niyə qışqırdığımızı anlamır. Bilirəm ki, böyüyəndə ona bunu başa sala biləcəyəm. Artıq Hazelin "Qremmi" üçün geyimi haqqında düşünürəm".
Mətləb