Netanyahunun Qəzza planı belə imiş- FAT nəzarət etməyəcək.....
İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin Azadlıq Təşkilatının İsrail və HƏMAS münaqişəsinin sonunda Qəzza zolağını ələ keçirməsinə qarşı çıxıb. Son mətbuat konfransında çıxış edən B.Netanyahu bildirib ki, Qəzzada təhlükəsizliyə tam nəzarət olacaq:
“Qəzzada istədiyimiz zaman girib-çıxmaq imkanı daxil, yenidən baş qaldıracaq terrorçuları məhv etməyə qədər imkanımız olacaq. Üstəlik, uşaqlarına İsrailə nifrət etməyi, israilliləri öldürməyi, İsrail dövlətini ləğv etməyi öyrədən bir mülki hakimiyyət olmayacaq" – baş nazir bəyan edib. B.Netanyahu ABC telekanalına müsahibəsində bildirib ki, İsrail Bir müddət Qəzza zolağını idarə etmək məsuliyyətini də öz üzərinə götürə bilər.
Mətləb Salahov