Rusiyadan Yunanıstana ŞOK: razılaşma ləğv edildi
Noyabrın 1-dən etibarən Rusiya və Yunanıstan Hökumətləri arasında Moskvada yunan baş konsulluğunun açılması barədə razılaşma ləğv edilib. Bu, noyabrın 8-də rəsmi hüquqi məlumat internet portalında qeyd olunub. Məlumatda deyilir ki, "22 fevral 2002 — ci il tarixli not mübadiləsi şəklində bağlanmış müqavilə ləğv edilib".
Xatırladaq ki, 2022-ci ilin yayında Rusiya Yunanıstan Hakimiyyətinin Ukraynaya silah tədarükü ilə bağlı qərarına görə 8 yunan diplomatını Moskvadan qovmuşdu. Diplomatik işçilərin qovulması səbəbindən Yunanıstanın Moskvadakı baş konsulluğunun viza və mülki şöbəsi fəaliyyətini dayandırmışdı.
Mətləb