Rusiyanın erməni əsilli hakimi Haaqa məhkəməsindən çıxarıldı....
Məlum olduğu kimi, Baş Assambleya və Təhlükəsizlik Şurası BMT- nin əsas məhkəmə orqanı olan Beynəlxalq Məhkəmədə (ms) işləmək üçün beş hakim seçib. İşin maraqlı tərəfi odur ki, rusiyalı Kirill Gevorkyan yeni müddətdə seçilən hakimlər arasında yer almayıb. Bu barədə təşkilatın saytında məlumat verilib. Məlumatda deyilir ki, paralel və müstəqil gizli səsvermə zamanı 70 yaşlı K.Gevorgyanın yerini avstraliyalı Hilary Charlevort tutub. Bundan başqa dörd yeni hakim də seçilib.
Bəs 70 yaşlı erməni əsilli rusiyalı diplomat K.Gevorkyan kimdir?. Sən demə bu qoca erməni 2015-2023-cü illər üçün Haaqa Məhkəməsinə üzv seçilib. 2021-ci ildən isə Məhkəmənin vitse-prezidenti olub. 2009-2015- ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Hüquq departamentinin direktoru, eyni zamanda 2012-2015-ci illərdə BMT-nin beynəlxalq hüquq komissiyasının üzvüdür. Bu məlumat bizə zaman-zaman Ermənistanın saxta ittihamlarla Haaqa Məhkəməsinin qapısını məsçid qapısına çevirməsini xatırladır.
Demək ki, ermənilər bu 70 yaşlı qoca erməniyə ümid edib o qapını çalırmışlar. Və çox zaman da istəklərinə çatırdılar. Daima Ermənistanın ylan-palan dolu iddiaları tez-tələsik icraata götürülürdü. Beləcə ermənilərin daha bir “qolu” Haaqa Məhkəməsindən kəsilmiş oldu.
Mətləb Salahov