Paşinyan Moskvadan düşməninin qardaşını təslim etməyi tələb edir...
Ermənistanın baş prokuroru müvafiq tələblə artıq Rusiya baş prokurorluğuna müraciət edib. Söhbət keçmiş dövlət təhlükəsizlik naziri, hazırda Paşinyana ən radikal müxalifət partiya liderlərindən biri Artur Vanesyanın qardaşı biznesmen, Karen Vanesyandan gedir. Müxalifət liderinin qardaşı çirkli pulları yumaqda ittiham olunur.2018- ci ildə məxməri inqilabdan sonra Karen Vanesyan "Zəngəzur mus- molibden" zavodunun səhmlərinin 12 faizini alıb. Həmin zavod isə keşmiş prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikail Minasyana məxsus olub.
Yaxınlarda biznesmen Moskvada saxlanılıb, lakin az sonra buraxılıb. Müşahidəçilər əsas müxalif liderlərdən birinin qardaşının Ermənistana ekstradisiya olunacağını real saymırlar. Çünki Vanesyanlar ailəsi Kremlin "özününkü" hesab etdiyi siyasətçilərdən sayılır.
Nahid Salayev