"Azərbaycan bizi BP-nin pulu ilə vurdu" - erməni quyruqlu "Gardian"ın yazdıqları...
Bu günlərdə Azərbaycana qarşı ənənəvi qərəzliliyi ilə tanınan Britaniyanın " Qardian" qəzeti erməni lobbisinin vəsaiti ilə hərəkət etdiyini növbəti dəfə göstərdi. Qəzet "Qlobal Vitnes" adlı ermənipərəst qeyri- hökumət təşkilatının hesabatına istinad edərək məqalə ilə çıxış edib." Qlobal vitnes" və "Qardian" heç bir əsas olmadan Azərbaycanın 44 günlük müharibəsini və Antiterror tədbirlərini Ermənistana qarşı təcavüz (?) adlandırır və iddia edir ki, bu "təcavüzü" BP maliyyələşdirib. Absurd səviyyədə iddia edilir ki, BP Azərbaycanın "2 nəhəng neft və qaz layihəsində iştirak etməklə 2020- ci ildən bu yana Azərbaycana 35 milyard dollar fayda verib və bu vəsait Azərbaycanın hərbi gücünü artırmağa imkan verib". ..
Ümumiyyətlə, Azərbaycana hansısa beynəlxalq qüvvələrin hərbi və hətta döyüşçülərlə dəstək verdiyini iddia etmək Ermənistanın çoxdankı nağıllarıdır.Lakin nə qədər çalışsa da, bu absurd ideyanı dünyaya həzm etdirə bilmədi.Görünür ki, bu dəfə də erməni lobbisi biabırçı məğlubiyyətin məsuliyyətini BP- nin üstünə atmaq yolu seçib.
Erməni lobbistləri sağlam məntiqi nə dərəcədə itiriblərsə ,Azərbaycanın öz təbii sərvətlərini əlverişli şərtlərlə dünyada hər kəsə satmaq hüququna malik olduğunu unudublar...
Namiq Quliyev