Ərdoğan Qəzza problemi ilə bağlı müsəlman ölkələrinə çağırış etdi - birləşin...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Səudiyyə Ərəbistanı, İndoneziya və Misir rəhbərləri ilə İslam Əməkdaşlıq Təşkilatının və Ərəb Dövlətləri Liqasının Ər-Riyaddakı növbədənkənar sammiti çərçivəsində görüşərək Yaxın Şərqdə münaqişənin dayandırılması üçün müsəlman dünyasının birləşməsinə çağırıb.
Prezident bəyan edib ki, İsrailin Qəzzadakı hücumları qırğına çevrilib və İslam dünyası müharibəyə son qoymaq və bölgədə sülhü təmin etmək üçün birgə fəaliyyət göstərməlidir. Ərdoğan qeyd edib ki, Qəzza zolağında «İsrailin xəstəxanalara, məktəblərə, dini tikililərə, habelə qeyri-hökumət təşkilatlarının əməkdaşlarına hücumları qəbuledilməzdir».
Ərdoğan qeyd edib ki, Türkiyə Qəzza zolağının sakinlərinə humanitar yardım göstərməyə davam edir.
Ərdoğan sammitin açılışında bəyan edib ki, Qərb, o cümlədən ABŞ guya müdafiə etdikləri dəyərləri görməzdən gəlir. O, Qərbin ikili standartlarını tənqid edərək bildirib ki, İslam dünyası Yaxın Şərqdə formalaşan vəziyyətdə həmrəylik nümayiş edirməlidir.
TAHİR