Çərşənbə günü, 21 may 2025
     

İkisifətlilik budur - əvvəl HƏMAS-a qarşı koalisiya, sonra İsraili hədəf seçmək...

Image

Bu gün Fransa hakimiyyətinin daxili və xarici siyasətində kəskin ziddiyyətlərin olması özünü olduqca qabarıq bir şəkildə büruzə verməkdədir. Başı Ermənistanı müdafiə etməyə, bölgədə sülhün, təhlükəsizliyin, sabitliyin təmin edilməsinə mane olmağa qarışan Emmanuel Makron iqtidarı ölkəsindəki vəziyyəti unudub, vətəndaşlarının nə istədiyini belə eşitmək, bu istiqamətdə addımlar atmaq fikrində deyil. Daxildə sabitliyi, əmin-amanlığı, vətəndaş məmnunluğunu təmin edə bilməyən bir ölkənin rəhbərinin digər ölkələrin daxili işinə müdaxiləni özünə bir prinsip kimi qəbul etməsi sadəcə təəccüb doğurur. Hazırda görünən budur ki, Fransanın demokratiyanın əsas tələblərini, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərini öyrənməyə və bundan sonra tətbiq etməyə böyük ehtiyacı var.

Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olması, qeyri-millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlük adi hala çevrilib. Bütün bunların kökündə ölkə başçısı Emmanuel Makronun qeyri-obyektivliyi, ayrı-seçkiliyi, hadisələrə biganəliyi və qatı ermənipərəst mövqeyi dayanır.  Bu fonda Fransanın fiaskoları da qaçılmazdır. Məsələn, elə bu günlərdə Fransanın təsisçisi olduğu Frankofoniya təşkilatının nazirlər görüşü Kamerunda öz işini yekunlaşdırdı. Azərbaycanın sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra bütün beynəlxalq platformalarda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa və Ermənistan təşkilatın bu iclasında da bəzi ilkin cəhdlər etsələr də, onların bu səyləri heç bir nəticə vermədi.

Kamerunda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının Frankofoniya daxilində qrupunun təsis edilməsi, bu ölkələrin Azərbaycana göstərdiyi dost münasibət Ermənistanın bu səylərinin uğursuz olacağını əvvəlcədən deməyə əsas verdi. Bununla yanaşı, ötən ilin noyabr ayında Frankofoniya təşkilatının Tunisdəki sammitində, Azərbaycan üzv olmadığı bir təşkilatda Fransa və Ermənistanın bütün səylərinə baxmayaraq irəli sürülmüş qətnamədə Azərbaycan əleyhinə bəndlərin əksəriyyətinin rədd edilməsi və qətnamə üzrə səylərin istənilən nəticə verməməsi Fransa və Ermənistanı Kamerunda bu kimi cəhdlərdən əl çəkməyə məcbur etdi.

Fransanın belə yarıtmaz, ikiüzlü siyasəti təkcə Azərbaycana münasibətdə özünü göstərmir. İsrail də Fransanın belə ikiüzlü siyasətinə şahidlik edən ölkələrdən biridir. 

Xatırladaq ki, Emmanuel Makron İsrailə səfəri çərçivəsində baş nazir Benyamin Netanyahu ilə görüşü zamanı HAMAS-a qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmağı təklif edib. Makron İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın HƏMAS-la da mübarizə aparmaq üçün genişləndirilməsinin zəruriliyinə çağırış edib: "İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiya HƏMAS-a qarşı da mübarizə aparmalıdır". 

Makronun HƏMAS-la mübarizə üçün beynəlxalq koalisiya yaratmaq təklifi Fələstin-İsrail münaqişəsinə cəlb olunmaq istəməyən Avropa ölkələrində maraq doğurmadı. Çünki, belə bir ideya uzun müddətdir Yaxın Şərqdə davam edən münaqişənin həllinə töhfə verməyəcəkdi.

Beləliklə, Makron sülhə çağırış etmədi. Onun HƏMAS-a qarşı beynəlxalq koalisiya yaradılması çağırışı onu göstərdi ki, Fransa İsrail-Fələstin qarşıdurmasının daha da dərinləşməsində maraqlıdır və Qəzzada ölən dinc insanlar onun üçün heç bir əhəmiyyət daşımır. Makronun çağırışına cavab gəlməyəndən sonra bu dəfə o İsrailə mülki vətəndaşları bombalamağı dayandırması ilə əlaqədar çağırış edib. Belə ki, Makron Britaniyanın BBC telekanalına verdiyi müsahibədə İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda mülki vətəndaşların həlak olduğunu bildirib: "Körpələr, qadınlar və qocalar bombalanır və öldürülür. Bunun heç bir əsası və qanuniliyi yoxdur. Ona görə də biz İsraili dayanmağa çağırırıq". 

İsrailin xarici işlər naziri Eli Koen Emmanuel Makronun Qəzzada atəşkəslə bağlı çağırışına cavab verib. Nazir "X" hesabında yazıb ki, bütün baş verənlərə, o cümlədən qırğına və Qəzza sakinlərinin iztirablarına görə, məsuliyyəti HƏMAS və İŞİD daşıyır: "HƏMAS və İŞİD Fələstinin ən böyük düşmənidir". 

Nazir vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir: "Biz HƏMAS-la İŞİD-i məhv edənə və girovlarımızı geri qaytarana qədər işimizi davam etdirəcəyik". 

Bütün bunar Makronun nə qədər naşı siyasətçi olduğunu ortaya çıxarır. Beynəlxalq hüquq da, bəşəri dəyərlər də qanlı müharibənin dayandırılması zərurətini ortaya qoysa da, Fransa belə siyasətlə  "ocağın üzərinə benzin" tökməklə məşğuldur.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

21.05.2025 / 20:36
Budapeştdən mesaj gəldi - İrəvan qarışdı...

21.05.2025 / 20:23
Lavrov İrəvanda "Putin qatil" plakatları ilə qarşılandı...

21.05.2025 / 20:09
Məktəb direktorlarının davranışlarında neqativlər getdikcə artır - problem direktorların qadın olmasındadır, ya...

21.05.2025 / 19:56
Azərbaycanın qeyri-rəsmi sammitlər ənənəsi - Türk Dövlətləri Təşkilatını dünya tanıdı...

21.05.2025 / 19:52
Ramzan Kadırovun 17 yaşlı oğlu yenə medal yağmuruna tutuldu

21.05.2025 / 19:43
Macarıstanın Avropa Birliyindən şikayətləri artır - qurum özünü yenə çətinə saldı...

21.05.2025 / 19:30
Sultan Alparslan 11-ci əsrdə Şeybanilərin və Mərvanilərin dəstəyi ilə Anadoluda necə məscid inşa etdirə bilərdi?...

21.05.2025 / 19:17
TDT-nin öz maliyyə fondu olsaydı, Orta Asiya ölkələri Türk Kiprini Avropanın ayağına verməzdilər - Əliyev uzaq hədəfi vurur...

21.05.2025 / 19:05
“Köhnəlməyən xiffət” nədir? - "Natəvan" klubunda araşdırıldı...

21.05.2025 / 18:48
Macar kapitalı Azərbaycanın neft yataqlarında - Rusiya nefti tam kəsilsə də, ziyan yoxdur...

21.05.2025 / 18:34
Avropanın mərkəzində Türk Zirvəsindən dünyaya hansı mesajlar verildi...

21.05.2025 / 18:20
Hindistanın ən varlı biznes şirkəti Bakıya "müharibə" elan etdi...

21.05.2025 / 18:07
Avropa Birliyində Macarıstan kimi müstəqil iradə göstərmək hamının bacardığı iş deyil...

21.05.2025 / 17:53
Ərəb Körfəz ölkələrinə bunca yaxınlaşmaq nədir, oradan gələn turistlərin azalması nədir...

21.05.2025 / 17:39
Vatikan Zelenski və Putini danışıqlara dəvət edib

21.05.2025 / 17:33
Finlandiya Putinin pullarını Zelenskiyə xərcləməyin yolunu tapdı...

21.05.2025 / 17:21
Macarıstan-Azərbaycan bənzərliyinin bariz nümunəsi - milli dəyərlər eyni cür qorunur...

21.05.2025 / 17:08
Azərbaycançılıq və postmüharibə dövrünün milli ideyası...

21.05.2025 / 16:54
Pakistanda 66 il sonra bir ilk – Hindistanı yerində oturdan generala marşal rütbəsi verildi...

21.05.2025 / 16:39
"Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır" - Vüqar Rəhimzadə

21.05.2025 / 16:17
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalandı

21.05.2025 / 16:14
Səfirliyimizə hücum etmiş terrorçunun edamını 2 diplomatımız da izləyib...

21.05.2025 / 16:09
Prezident İlham Əliyev Budapeştdə TDT-nin dövlət və hökumət başçılarının şərəfinə verilən rəsmi lançda iştirak edib - FOTO

21.05.2025 / 16:02
Məhkəmə MN-də 143 milyonluq mənimsəmə ilə bağlı qərar çıxardı...

21.05.2025 / 15:58
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək

21.05.2025 / 15:48
Lavrov "3+3” formatında növbəti iki görüşün Bakı və İrəvanda keçirilməsini təklif etdi...

21.05.2025 / 15:26
"Ermənistan Azərbaycanın rayonlarını uzun müddət işğal etmək üçün Rusiya silahlarından istifadə edib" - Lavrov

21.05.2025 / 15:12
Şavkat Mirziyoyev Bakı sammitində türk dövlətləri arasında strateji tərəfdaşlıq haqda sazişin imzalanmasını təklif etdi

21.05.2025 / 15:10
Ərdoğan Şimali Kiprin tanınmasını tələb etdi

21.05.2025 / 15:09
Ermənistan vətəndaşları hesab edirlər ki, onların dövləti yoxdur

21.05.2025 / 15:08
Ermənilər Sergey Lavrovun İrəvana səfərinə etiraz etdilər

21.05.2025 / 14:55
Rusiya “İsgəndər” raketi ilə Ukraynada təlim poliqonunu vurdu, Kiyevdə Baş Qərargah rəisinin istefası istəndi... - VİDEO

21.05.2025 / 14:43
Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr

21.05.2025 / 14:21
"Qohum nikahlarını qadağan edən qanunun qəbulundan sonra qohumlar sürətli şəkildə evlənməyə başladılar" - Şöbə müdiri

21.05.2025 / 14:09
DİN-dən növbəti əməliyyat - iki nəfər 14 kq narkotiklə tutuldu - FOTO

21.05.2025 / 14:05
Prezident İlham Əliyev Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib - FOTO

21.05.2025 / 13:54
"Prezident İlham Əliyevin regiona barış gətirəcək lider olaraq tarixə keçəcəyinə əminəm" - Ərdoğan

21.05.2025 / 13:28
Bank kartlarından 7 min manatdan çox pul oğurlandı...

21.05.2025 / 13:19
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

21.05.2025 / 13:14
Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

21.05.2025 / 13:10
Ара Абрамян что-то потерял, и найти не может! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.05.2025 / 12:56
"Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk" - Prezident

21.05.2025 / 12:55
Orban Prezident İlham Əliyevə təşəkkür etdi...

21.05.2025 / 12:51
Prezident İlham Əliyev: "Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir"

21.05.2025 / 12:50
"Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur" - Prezident

21.05.2025 / 12:48
Prezident: "Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək"

21.05.2025 / 12:47
ABŞ-dan Suriya ilə bağlı xəbərdarlıq - keçid hökuməti həftələr ərzində çökə, ölkə parçalana bilər...

21.05.2025 / 12:45
"Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır" - Prezident İlham Əliyev

21.05.2025 / 12:30
Ötən il 52 kişi məişət zorakılığına məruz qalıb...

21.05.2025 / 12:22
Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

21.05.2025 / 12:15
Lənkəranda 33 yaşlı şəxsə zorakılıq edənlər yaxalanıb

21.05.2025 / 12:09
NYT: “Trampı artıq Rusiyaya qarşı sanksiyalar maraqlandırmır onun başqa planları var”

21.05.2025 / 12:03
Tramp və Putin dünyanı bölüşdürürlər...

21.05.2025 / 11:52
Polis orqanlarına yeni səlahiyyətin verilməsi təklif edilir

21.05.2025 / 11:43
Bakıda minifutbol üzrə dünya çempionatı başlayıb

21.05.2025 / 11:41
"Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaq" - Prezident

21.05.2025 / 11:31
Kəlbəcər sakini Gəncədəki yol qəzasında ölüb

21.05.2025 / 11:25
"Azərbaycan və Türkiyənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır" - Prezident

21.05.2025 / 11:22
Reuters: “ABŞ Çinlə uzunmüddətli müharibəyə hazırlaşır”

21.05.2025 / 11:15
Türkiyədə xüsusi əməliyyat - 300-ə qədər İŞİD şübhəlisi həbs edildi

21.05.2025 / 11:14
Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

21.05.2025 / 11:07
Özbəkistandan QƏRAR - Azərbaycan vətəndaşları üçün ölkəyə giriş sadələşdirilir

21.05.2025 / 11:00
Naxçıvanda yeni nazir təyin olundu

21.05.2025 / 10:30
Bu axşam Avropa Liqasının finalı olacaq

21.05.2025 / 10:23
"Yeşilçam"ın ulduzunu həkimlər öldürüb?

21.05.2025 / 10:18
Ekrem İmamoğlunun axtarılan telefonu da tapıldı...

21.05.2025 / 10:12
Baş nazirdən lisenziya şərtləri barədə MÜHÜM QƏRAR

21.05.2025 / 10:05
İrandakı səfirliyimizə hücum edən şəxs edam olundu- TƏCİLİ

21.05.2025 / 10:00
Sumqayıtda 9 minə yaxın abonent qazsız qalacaq

21.05.2025 / 09:46
İşğaldan azad edilən ərazilərdə tibbi xidmət

21.05.2025 / 09:34
Bu gün Şüvəlan qəsəbəsi işıqsız qalacaq - XƏBƏRDARLIQ

21.05.2025 / 09:25
Tramp 175 milyard dollarlıq planını açıqladı

21.05.2025 / 09:21
Azərbaycana diri mal idxalı 2 dəfə artıb - 6,5 milyon manat itiririk...

21.05.2025 / 09:15
Ronaldo yenə gündəmdədir - bu dəfə bədən quruluşu ilə...

21.05.2025 / 09:06
"Suriya vətəndaş müharibəsinə yaxındır"- ABŞ-dan ŞOK BƏYANAT!

21.05.2025 / 09:00
Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada səfərdədir

21.05.2025 / 08:34
Oğurluq üstündə yatan məhbusların sayı sürətlə çoxala bilər - MM-də mübahisəli təklif var...

20.05.2025 / 22:53
Türkiyə kəşfiyyatının rəhbəri ilə Suriya prezidenti YPG-nin tərksilah edilməsini müzakirə etdilər

20.05.2025 / 21:25
Rusiya sanksiyaları ilə bağlı Azərbaycanı Qərblə üz-üzə qoyan şirkət kimindir...

20.05.2025 / 21:12
Baltikdə Rusiya-NATO müharibəsi hər an başlaya bilər...

20.05.2025 / 20:57
Azərbaycanın idxal-ixrac əməliyyatlarında təhlükəli vəziyyət var - yeni bazarlar tapılmalıdır...

Azərbaycançılıq və postmüharibə dövrünün milli ideyası...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678