Almaniya Ukraynaya hərbi yardımı 2 dəfə artıracaq - "Bild" nəşri belə yazır
Nüfuzlu “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki öz mənbələrinə istinadən maraqlı məlumat paylaşıb. Məlumatda deyilir ki, Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya çatdırmaq niyyətindədir.
Məlumata görə, Almaniya Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro daxil edib, lakin onun hamısı artıq cari layihələrə ayrılıb, yeniləri üçün isə Müdafiə Nazirliyinə cəmi 120 milyon avro qalıb. Qurum əlavə 5 milyard avro tələb edib və bu həftə Nazirlər Kabineti 4 milyard avro ayırmağa qərar verib.
Mətləb