ÜST xəbərdarlıq etdi: 2050-ci ilədək xərçəng xəstəliyi 77 faiz artacaq...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 4-də qeyd edilən Ümumdünya Xərçənglə Mübarizə Günü ərəfəsində hesabat dərc edib. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən hazırlanan hesabatda 2050-ci ilədək bütün dünyada bu xəstəliyə 35 milyondan çox yeni yoluxma halının gözlənildiyi, bu göstəricinin 2022-ci il ilə müqayisədə 77 faiz çox olduğu bildirilir. Əhalinin yaşlanması və artımı, eləcə də tütün, alkoqol, piylənmə və havanın çirklənməsi alimlərin proqnozlaşdırdığı sürətli artımın əsas amilləridir.
ÜST-nin xərçəngə epidemioloji nəzarət şöbəsinin rəhbəri doktor Freddi Breyin sözlərinə görə, xərçəng xəstəliklərinin sayının ümumi artma tendensiyası insan inkişafı indeksinin müxtəlif səviyyələrdə olduğu ölkələrdə qeyri-bərabər hiss olunacaq. Qlobal yükün əsas ağırlığını xərçənglə mübarizədə hamıdan az resursu olan ölkə çəkəcək.
Mətləb Salahov