ABŞ B-21 gizli bombardmançı nüvə təyyarəsinin ilk sınağını keçirdi
ABŞ nüvə silahı daşıya bilən B-21 gizli bombardmançı təyyarəsinin ilk uçuş sınağını keçirib. Uçuş sınağı noyabrın 10-da Kaliforniyada keçirilib.
İstehsalçı şirkət “Northrop Grumman”, B-21-i dünyanın ilk altıncı nəsil təyyarəsi və “Amerikanın aviasiyasının gələcək dayağı” adlandırıb. B-21, həmçinin daha davamlı, daha az görünən səth materialına malikdir ki, bu da daha az texniki xidmət və daha az əməliyyat xərcləri tələb edir. Bir təyyarənin qiyməti təxminən 750 milyon dollardır.
ABŞ Hərbi Hava Qüvvələri B-1 və B-2 bombardmançılarını əvəz etmək üçün bu təyyarələrdən ən azı 100 ədəd almağı planlaşdırır.
TAHİR