Rayonlardan Bakıya axının qarşısı bu yolla alına bilər...
Kamran Məmmədli: "Bölgələrdə iş yeri olsa, şəhərə axın da azalar"
Regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi müzakirə edilir və bu istiqamətdə dövlət tərəfindən müəyyən addımların atıldığı qeyd edilir.Hesab edilir ki, regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi Bakıya əhali axınını dayandıracaq və əhalinin regionlarda yaşamasını stimullaşdıracaq.
Danılmaz faktdır ki, ipoteka şərtləri bir çox vətəndaşın maddi durumuna uyğun deyil, buna görə də evlərin ipoteka ilə satışında kütləviliyi təmin etmək mümkün olmur.
"Rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən güzəştlər edilməlidir"
İqtisadçı Kamran Məmmədli baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, regionlarda ipoteka şərtləri Bakı ilə müqayisədə daha asandır. Bölgələrdə evlərin qiyməti ucuzdur: "Rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən güzəştlər edilməlidir.
Bununla yanaşı ipoteka qaydaları ilə yanaşı məşğulluq da təmin olunmalıdır. Məlumdur ki, bu gün bölgələrdə yaşayanlar daha çox iş üçün Bakıya axışır. Bölgələrdə iş yeri olsa, şəhərə axın da azalar".
Günel CƏLİLOVA