Cümə günü, 23 may 2025
     

Azərbaycan 23 il AŞPA-ya ödədiyi üzvlük haqqını geri istəyə bilər...

Image

Yeganə Hacıyeva: "Geriyə qaytarılma mexanizmi nəzərdə tutulmadığı üçün…" 

Məlum olduğu kimi, Azərbaycan rastlaşdığı ikili standartlar və qərəzli münasibətə görə AŞPA-dakı fəaliyyətinə xitam verib. Maraqlıdır, Azərbaycan 23 ildə AŞPA-ya ödədiyi üzvlük haqqını geri tələb edə bilərmi? Bununla bağlı hansı  perspektivlər var?

Beynəlxalq qurumlarla iş təcrübəsi olan siyasi şərhçi Yeganə Hacıyeva "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, BMT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq  təşkilatlar çox milyardlıq büdcələrə malikdirlər: "Bu təşkilatların büdcələri bir neçə illik üzv və ya iştirakçı dövlətlərin ödədiyi üzvlük haqqı ilə və ən əsası üzv ölkələrə tətbiq olunan fərqli hesablama sistemləri vasitəsilə formalaşdırılır. Ölkələrin ödədiyi üzvlük və ya iştirakçılıq haqları, onların makroiqtisadi göstəriciləri, ümumi daxili məhsulunun həcmi və ödəmə qabiliyyəti nəzərə alınmaqla  həyata keçirilir. Bu təşkilatların siyasət və missiyalarına uyğun fəaliyyət strategiyaları, onların həyata keçirmə planları müxtəlif müddətli olduğu kimi, büdcələri də müxtəlif müddətli formalaşır. Məsələn, Avropa İttifaqı uzunmüddətli fəaliyyət həyata keçirən bir təşkilat kimi 7 illik icmal büdcəsini formalaşdırır və bu icmal büdcədə Avropa İttifaqının əsas funksiyasını həyata keçirən 7 qurumun,  komissiyaların və üzv dövlətlərin hər il ödəyəcəyi ehtimal edilən bir məbləğ mövcud olur. Əlbəttə, faktiki ödəniş isə icmal  büdcədə ehtimal olunan məbləğdən fərqli olur. Ödənilən faktiki üzvlük haqqının məbləğini isə, daha öncə də dediyim kimi,  ölkənin makroiqtisadi göstəriciləri, ümumi daxili məhsul  və ölkələrin ödəmə qabiliyyəti, bəzən isə istəyi formalaşdırır.

Büdcənin formalaşmasında ölkələrin iştirakı haqqında məlumat üçün deyə bilərəm ki,  2014-2020-ci illərdə Avropa İttifaqının icmal büdcəsi 960 milyard avro nəzərdə tutulur. Bunun da makroiqtisadi göstəriciləri, ümumdaxili məhsulu nəzərə alınmaqla, 150 milyard avro Finlandiyanın payına, eyni göstəricilərə görə 5.89 milyard avro isə Estoniyanın payına düşəcək. 

BMT haqqında danışsaq, bu beynəlxalq qurumun büdcəsi iki illik və əsasən daimi və digər  üzv dövlətlərin üzvlük haqqı hesabına formalaşdırılır.

Üzvlük haqqı ilə bağlı qeyd etmək istədiyim əsas məqam budur ki, əgər Avropa Şurası və Avropa İttifaqında üzv dövlətlərdən ödəniləcək üzvlük  haqqı məbləğinin limiti yoxdursa, BMT-də bu bir az fərqlidir. Belə ki, 2000-ci ildə BMT Baş Assambleyasının 5-ci komitəsi olan büdcə və administrasiya komitəsinin müəyyənləşdirdiyi qaydaya əsasən, təşkilatın  daimi və digər üzv dövlətlərin ödəyəcəyi məbləğ ümumi büdcənin 22 %-ni keçməmək şərti ilə müəyyən edilir ki, digər adını çəkdiyimiz iki təşkilatda bu yanaşma tətbiq olunmur".

Ekspertin sözlərinə görə, Avropa Şurasında  da 2012-ci ildən büdcə formalaşmasında iki illik müddət və buna uyğun olaraq ölkələrin makroiqtisadi göstəriciləri, ümumdaxili məhsulu və  ödəmə qabiliyyəti əsasında üzvlük haqqı sisteminin formalaşması tətbiq edilir: "Məsələn, Avropa Şurasının 2017-ci il üçün icmal büdcəsi 479 milyon avro nəzərdə tutulurdu ki, bunun da ən yüksək ödəniləcək məbləği Fransanın payına düşür - təxminən 40 milyon avro. Avropa Şurasına üzvlük haqqının müəyyən olunmasında, Avropa İttifaqından fərqli olaraq, ölkələrin makroiqtisadi göstəriciləri, ümumdaxili məhsulu və ödəmə qabiliyyəti ilə yanaşı, üzv ölkələrin əhali sayı da nəzərə alınır. Avropa Şurasının 2014-2016-cı illər üçün büdcəsinin əsasını, yəni 57 faizini 5 donor ölkə - Fransa, Almaniya, İtaliya, Rusiya və Böyük Britaniya formalaşdırmışdı. Rusiya və Türkiyə həmin ildən Avropa Şurasının maliyyələşməsini dayandırıb və daha sonra bərpa etmişlər. 

Azərbaycan Avropa Şurasına ödənəcək üzvlük haqqına görə Cənubi Qafqaz regionunda liderdir. Ölkəmizin Avropa Şurasına ödədiyi məbləğ makroiqtisadi göstəriciləri,  ümumi daxili məhsul  və  əhali sayı nəzərə alınmaqla keçən il üçün 1 353 775  avro təşkil edir.

Bu məbləğ hər yeni iş ilinin əvvəli mart ayına qədər hissəli şəkildə ödənilməklə həyata keçirilir.

Geriyə qaytarılma mexanizmi nəzərdə tutulmadığı üçün bu mümkün deyil, sadəcə şuranın icraçı orqanları tərəfindən yerinə yetirilməmiş öhdəliklərə görə  üzv dövlətin ödədiyi məbləğin qalıq hissəsi depozit qismində növbəti ilin hesabına əlavə olunur".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

SON XƏBƏRLƏR

23.05.2025 / 12:47
Ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtlərinin balı açıqlandı

23.05.2025 / 12:39
"Bəziləri Apelyasiyaya yazır ki, mənim səhvimi düz hesab edin" - Məleykə Abbaszadə

23.05.2025 / 12:25
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşdü

23.05.2025 / 12:12
Tramp məşhur Harvard Universitetini Çinə casusluqda ittiham etdi və qadağalar qoydu...

23.05.2025 / 12:08
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

23.05.2025 / 11:57
Kaya Kallas Belqradda Vuçiçi küncə sıxdı - "inana bilmirəm ki, belə bir adamla"...

23.05.2025 / 11:50
Prezident: "Gələcək illərdə TDT daha böyük zirvələrə qalxa bilər"

23.05.2025 / 11:44
Ukraynanın XİN başçısı Putini sərrast vurdu...

23.05.2025 / 11:38
"Ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var" - Prezident

23.05.2025 / 11:02
Prezident İlham Əliyev TDT-nin DİN rəbərlərini qəbul etdi - FOTO

23.05.2025 / 11:01
Türkiyəli müğənni onu təhqir edən izləyicisini həbs etdirdi....

23.05.2025 / 10:50
Putin düyməyə basdı, ordu hərəkətə keçdi - Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradır…

23.05.2025 / 10:23
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

23.05.2025 / 10:15
Sumqayıtda 2 ədəd "Kalaşnikov" aşkarlandı

23.05.2025 / 10:07
ABŞ daha bir ölkəyə silah satır - 296 milyon dollarlıq MÜQAVİLƏ

23.05.2025 / 10:01
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23.05.2025 / 09:35
"Atletiko" 50 milyon avroluq futbolçu ilə yeni müqavilə imzaladı

23.05.2025 / 09:25
İtaliyada doğum kəskin azalıb - əvəzində 5 milyona yaxın qoca var...

23.05.2025 / 09:25
Bir müğənninin sözü ilə məktəb direktorunun işdən qovulması pis nümunə ola bilər...

23.05.2025 / 09:18
Ukrayna və Rusiya arasında “1000-ə 1000” formatında əsir mübadiləsi başlayır

23.05.2025 / 09:12
Daha 49 ailə Kəngərliyə köçürüldü

23.05.2025 / 09:07
Görkəmli şair Abbas Abdullanın 85 illik yubileyi qeyd olunub...

23.05.2025 / 09:00
Tramp CAR prezidentini də Zelenski kimi cəzalandırmaq istədi, ancaq alınmadı...

23.05.2025 / 08:32
Azərbaycanda kişilər hansı məzmunda məişət zorakılığına məruz qalır?..

22.05.2025 / 22:51
"Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir" - İcma

22.05.2025 / 22:29
İstanbul Bələdiyyəsində 3-cü “dalğa” həbs əməliyyatları hazırlandı

22.05.2025 / 22:28
Tramp gələndən Ağ Evdəki darıxdırıcı görüşləri maraqlı qladiator döyüşlərinə çevirdi

22.05.2025 / 22:27
Senator: Bayden Administrasiyası COVID-19 peyvəndlərinin yan təsirlərini gizlətdi

22.05.2025 / 21:55
Ermənistanın Azərbaycan ərazilərinə hərbi müdaxilə öhdəliyi götürməsi barədə məxfi sənəd ortaya çıxdı - MƏHKƏMƏ + FOTO

22.05.2025 / 21:27
Özbəkistan Şuşa Bəyannaməsinə qoşulur, Azərbaycan Türk dünyasının əsas birləşdirici qüvvəsinə çevrilir...

22.05.2025 / 21:12
Qarabağda Azərbaycanla birgə hərbi təlimlər vaxtı İranın müdafiə naziri İrəvana niyə getdi?..

22.05.2025 / 21:00
"Suriya bölünəcək, yeni daxili müharibə başlayacaq" - ABŞ kimi hədələyir...

22.05.2025 / 20:46
Qərbi azərbaycanlılar üçün Ermənistandan təhlükəsizlik zəmanəti tələb edildi...

22.05.2025 / 20:32
Almaniyalı nazirdən sensasiyalı iddia - ABŞ Rusiyaya misilsiz sanksiyalar hazırlayır...

22.05.2025 / 20:19
Qərbi Azərbaycana qayıdış Bakı-İrəvan sülhünün mühüm şərtlərindən birinə çevrilir...

22.05.2025 / 20:05
Ermənistan Rusiya-Belarus ittifaq dövlətinə doğru itələnir - Köçəryan-Sarkisyan güruhu hücumda...

22.05.2025 / 19:52
İlham Əliyevin Türk İnvestisiya Fondu barədə fikirləri ümumtürk birliyini böyük hədəflərə yönəldəcək...

22.05.2025 / 19:45
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

22.05.2025 / 19:38
Paşinyan Lavrovla KTMT-yə qayıdışı müzakirə etməkdən imtina etdi...

22.05.2025 / 19:25
Azərbaycan gəncləri Vətənin tərəqqisi naminə səfərbər olublar

22.05.2025 / 19:18
“Tramp Avropaya Ukraynayla Rusiyanı baş-başa buraxmağı təklif etdi” - BILD

22.05.2025 / 19:10
Lavrov indi “başa düşür” ki, Ermənistanın istehkamları Qarabağda əbədi qalmaq üçün idi...

22.05.2025 / 18:57
Türk dövlətlərinin nəqliyyat əməkdaşlığı Azərbaycanın üzərində dayanıb - Əliyev izah verdi...

22.05.2025 / 18:51
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verdi - "Savadım olmadığı üçün..."

22.05.2025 / 18:43
Türk sammitində Azərbaycanın COP29 uğuru rəsmi bəyan edildi - "körpü saldıq"...

22.05.2025 / 18:34
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik etdi

22.05.2025 / 18:30
Rusiya-Ermənistan münasibətləri yeni pillədə - Bakı-İrəvan sülhünü nə gözləyir...

22.05.2025 / 18:17
ABŞ Mərkəzi Asiyadan Azərbaycana qaz xətti çəkir - müzakirə başladı...

22.05.2025 / 18:10
“Macarıstan və Azərbaycan təbii müttəfiq və strateji tərəfdaşdırlar” - Əhliman Əmiraslanov

22.05.2025 / 18:03
Lavrov Ermənistana istədiyi ölkədən silah almağa icazə verdi - Fransa barədə narazılığını da bildirdi...

22.05.2025 / 17:50
Vüqar Rəhimzadə: Türk dövlətlərinin qlobal siyasi proseslərə təsir imkanları artır

22.05.2025 / 17:39
Terrorçu Yasin Hüseynzadənin edam edilməsi Bakı-Tehran münasibətlərinə təsir edəcək...

22.05.2025 / 17:26
Avropa Parlamentində yeni korrupsiya qalmaqalı - Belçika prokuroru 5 deputatın həbsinə icazə istədi...

22.05.2025 / 17:12
DGK xanım bloqerin gömrükçülərlə bağlı iddialarına cavab verdi...

22.05.2025 / 17:05
Beynəlxalq təşkilat Ermənistana Konstitusiya dəyişikliyi çağırışı etdi

22.05.2025 / 16:51
Məhkəmədə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etməsi öhdəliyini götürməsi barədə məxfi sənədin olmasını ifşa edən material nümayiş etdirildi

22.05.2025 / 16:27
“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi

22.05.2025 / 16:10
NATO baş katibi Rusiya ilə mümkün müharibənin tarixini açıqladı - başımız dərddə olacaq...

22.05.2025 / 16:04
Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

22.05.2025 / 15:52
İcra icraatı üzrə nağd ödəniş qadağan edildi - Əks halda 1000 manatadək cərimələnəcəklər

22.05.2025 / 15:50
Prezident bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi

22.05.2025 / 15:47
Mediasiya haqqında qanunda dəyişiklik edildi

22.05.2025 / 15:30
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - dönərxana bağlandı...

22.05.2025 / 15:12
Qurban bayramında ardıcıl 4 gün iş olmayacaq...

22.05.2025 / 14:56
İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra razılığa gəldilər

22.05.2025 / 14:52
ABŞ Senatı Rusiyaya “təcrid” sanksiyaları barədə xəbərdarlıq etdi

22.05.2025 / 14:50
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

22.05.2025 / 14:48
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.05.2025 / 14:47
Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib - SƏRƏNCAM

22.05.2025 / 14:45
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı - FƏRMAN

22.05.2025 / 14:44
Azərbaycan Türk Dövlətləri Təşkilatı üçün açar ölkəyə çevrilir

22.05.2025 / 14:26
DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

22.05.2025 / 14:11
Masallıda 15 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

22.05.2025 / 13:42
Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları “YouTube”dan silindi

22.05.2025 / 13:28
İrəvan qazılığının fəaliyyəti bərpa edildi - yeni qazı təyin olundu...

22.05.2025 / 13:21
Daha bir narkotacir ifşa olundu - mənzildə satırdı...

22.05.2025 / 13:10
Армения испугалась не на шутку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.05.2025 / 12:52
Binəqədidə silsilə oğurluqlar edən şəxs tutuldu

22.05.2025 / 12:45
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edildi

22.05.2025 / 12:23
Növbəti köç karvanı Xocalıya yola salındı...

22.05.2025 / 12:04
Özbəkistan Prezidenti Azərbaycanla müttəfiqlik Müqaviləsini təsdiqləyib

Azərbaycan gəncləri Vətənin tərəqqisi naminə səfərbər olublar

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678