Dünyada təmiz enerji mərkəzi olmaq da Azərbaycanın taleyinə yazıldı...
Vüqar Bayramov: "Azərbaycan istehsal etdiyi yaşıl enerjini Avropa İttifaqına ixrac etmək niyyətindədir"
Məlum olduğu kimi, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.
Prezident İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışı zamanı deyib ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
"Alternativ mənbələrdən enerji istehsalının genişləndirilməsi Azərbaycanın innovativ enerji məhsullarının ixracatının genişləndirilməsinə və..."
Azərbaycanın Təmiz Enerji Mərkəzinin ev sahibi kimi təsdiqlənməsinin əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, Azərbaycan yaşıl enerjini dəstəkləyən ölkələrdəndir. Yaşıl enerji istehsalı ildən ilə artır. Azərbaycan istehsal etdiyi yaşıl enerjini Avropa İttifaqına ixrac etmək niyyətindədir: "2026-cı ildən sonra Azərbaycanın istehsal etdiyi yaşıl enerji Avropa ölkələrinə ixrac olunacaq.
Millət vəkili hesab edir ki, Azərbaycanın Təmiz Enerji Mərkəzinin ev sahibi etməsi ölkəmizə verilən dəyərdir: "Alternativ mənbələrdən enerji istehsalının genişləndirilməsi Azərbaycanın innovativ enerji məhsullarının ixracatının genişləndirilməsinə və qonşu ölkələrlə yeni əməkdaşlıq mərhələsinə start veriləcək. Bu sektor Azərbaycan üçün prioritetdir".
Günel CƏLİLOVA