Məhkəmə bu məşhur aktyora əmlak alqı-satqısını qadağan etdi!
88 yaşlı fransız aktyoru Alen Delonun hüquqları məhkəmə tərəfindən məhdudlaşdırıb. Qocaman aktyora xüsusən də daşınmaz əmlak satmaq qadağan edilib. Məhkəmə kimliyi bilinməyən şəxsi sənətçinin işlərini idarə etmək üçün təyin edib. Həkimlərin, dərmanların seçilməsi, tibbi nəzarətin daimi həyata keçirilməsinin təmin edilməsi də məhkəmə tərəfindən təyin edilmiş mütəxəssisin fəaliyyət dairəsinə daxildir.
Qeyd edək ki, Delonun sağlamlıq durumu son vaxtlar ailə üzvləri və yaxın ətrafı arasında mübahisə obyektinə çevrilib. Aktyorun kiçik oğlu Alen-Fabien atasının məlumatsızlığından və zəifliyindən sui-istifadə etdiyi iddia edilən bacısı Anuşkadan şikayət etdikdən sonra prokurorluq ilkin araşdırmaya başlayıb. Qocaman aktyorun həyat yoldaşı Hiromi Rollin də öz növbəsində prokurorluğa məktub yazaraq, onun uşaqlarını aktyoru qəsdən öldürməyə cəhddə ittiham edib.
Mətləb