Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara qarşı çıxdı
Macarıstanın baş naziri Viktor Orban cümə günü bəyan edib ki, Budapeşt Ukraynanın Aİ-yə üzv olması ilə bağlı danışıqların başlamasına qarşıdır və bu mövqe Brüsselin Aİ fondlarından Macarıstan üçün vəsaitin dondurulması ilə əlaqədar ticarət mövzusu deyil.
«Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar başlamamalıdır, bu Macarıstanın dəqiq mövqeyidir», - Qərb mətbuatı Orbanın sözlərindən sitat gətirir.
"Mən açıq şəkildə bildirmək istəyirəm: Macarıstanın Ukraynanın Aİ-yə üzv olması ilə bağlı danışıqlara başlamaqdan imtina etməsi kommersiya sövdələşməsinin predmeti deyil. Onu Macarıstanın almalı olduğu fondların problemi ilə əlaqələndirmək olmaz", - baş nazir izah edib.
O əlavə edib ki, Brüssel «Macarıstana borclanıb»