“Amerikalılara hücum Suriyada gerçəkləşdirilib” - İordaniyadan açıqlama
“Amerikalılara İHA hücumu İordaniyada deyil, ABŞ-ın Suriyadakı Tanf hərbi bazasında həyata keçirilib.” RİA Novosti agentliyinin xəbərində deyilir ki, bu barədə İordaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi bildirib. İordaniya Nazirlər Kabinetinin nümayəndəsi "Üç amerikalı əsgərin öldürüldüyü hücum İordaniya ərazisində deyil, ABŞ-ın Suriyadakı Tanf hərbi bazasında həyata keçirilib"-açıqlaması ilə çıxış edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden və ABŞ Ordusunun Mərkəzi Komandanlığı İordaniyanın şimalındakı bazaya hücum edildiyi barədə məlumat vermişdilər. PUA-nın hücumu nəticəsində 3 ABŞ hərbçisinin həlak olduğu, daha 25 hərbçinin yaralandığı məlum olub.
Mətləb Salahov