Çərşənbə axşamı günü, 10 iyun 2025
     

İqlim dəyişmələri ilə Azərbaycan mübarizə modelinin əsasları yaradılmağa başladı...

Image

Akif Nəsirli: "İqlim dəyişikliklərinə qarşı Azərbaycan modeli haqda düşünmək çox səmərəlidir" 

Azərbaycan bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Əlbəttə, Azərbaycanın belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi çox mühüm hadisələrdən biri kimi yaddaşlarda qalacaq. 

Bu gün iqlim dəyişikliyi ciddi bir problem kimi dünyanı narahat etməyə bilmir. Azərbaycan da başqa dövlətlər kimi bundan narahatdır. COP29-u Bakıda keçirməklə ölkəmiz bu istiqamətdə töhfələr verməyi hədəfləyib. Belə ki, artıq iqlim dəyişmələri ilə mübarizədə Azərbaycan modelinin əsasları yaradılmağa başlayıb.  

Mətbuatda qeyd edildiyi kimi, iqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında danılmaz reallıq kimi dayanır. Mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olub. Temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi yaradıb. Bu səbəblərə görə deyə bilərik ki, dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür.

Xatırladaq ki, 2015-ci ildə imzalanmış Paris Sazişi ilk dəfə olaraq bütün dövlətləri iqlim dəyişikliyi ilə mübarizənin ümumi məqsədi ətrafında birləşdirdi. Paris Sazişi ilə ölkələr arasında qlobal istiləşməni sənaye inqilabından əvvəlki səviyyədən 2 dərəcə aşağı salmaq və həddi 1,5 dərəcədə saxlamaq üçün tarixi razılaşma əldə olunub. O vaxtdan bəri danışıqlar Paris Sazişinin müəyyən etdiyi yol xəritəsinə və məqsədlərə uyğun olaraq davam etdirilir. 

Real mənzərə budur ki, hər kəs bu qlobal problemdən danışsa da, çox az ölkə bu istiqamətdə iş görür. Bir sıra ölkələr, ümumiyyətlə, bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Lakin Azərbaycan, həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Azərbaycan modeli iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə faydalanmanı nəzərdə tutur. Bu sirkulyar iqtisadiyyat modeli Azərbaycana imkan verəcək ki, ətraf mühitə həlledici təsir amilləri olan çirklənmə, resursların tükənməsi, biomüxtəlifliyin itirilməsi ilə mübarizə aparsın, dayanıqlı istehsal və istehlak modelləri yaratmaq, iqlim dəyişikliyi ilə mübarizə sahəsində BMT-nin dayanıqlı inkişaf göstəricilərini həyata keçirsin, innovasiyanı və yeni işgüzar fəallığı təşviq etsin. Təklif olunan modelin Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərdə uğurlu tətbiqi mümkündür. Azərbaycan modelinin məhz işğaldan azad olunmuş ərazilərdə sınağı, iqlim dəyişikliyi ilə mübarizədə mühüm mərhələ ola bilər. 

Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər. İqlim dəyişikliyi ilə mübarizədə maliyyənin əhəmiyyəti ilbəil artır. Demək olar ki, uzunmüddətli danışıqlar zamanı ölkələr iqlimin təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrdə maliyyə dəstəyi tələb edirlər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirirlər. Lakin bu məsələ söhbət olaraq qalır. COP29 inkişaf etmiş ölkələri sözügedən maliyyə dəstəyi ilə bağlı vədlərini yerinə yetirməyə sövq edə bilər. Bu barədə mətbuatda gedən aradırmada qeyd olunub. 

İqlim dəyişmələri ilə mübarizədə Azərbaycan modelindən danışmaq olarmı? Onun xüsusiyyətləri nədən ibarətdir? 

"Bizim belə bir model yaratmağımız mümkündür..." 

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli "Bakı-Xəbər"ə "İqlim dəyişikliklərinə qarşı Azərbaycan modeli haqda düşünmək çox səmərəlidir. Qarşıya belə bir məqsəd qoymaq ki, biz iqlim dəyişiklikləri ilə mübarizədə bir Azərbaycan modeli yaratmaq istəyirik, bu istiqamətdə kömək lazımdır. Məsələn, Azərbaycan modeli dedikdə  gərək iqlim dəyişikliyi ilə mübarizədə bir fərqli məsələ ortaya qoyasan. Azərbaycanda isə, hələ ki, yalnız hazırda dünya təcrübəsində müsbət nəticələr göstərmiş ənənəvi qaydalardan   istifadə edilir. Ortaya fərqli nə isə qoymaq üçün bizim ekoloqlarınız bu istiqamətdə düşünməlidirlər və belə bir model yaratmalıdırlar.  Bizim belə bir model yaratmağımız mümkündür, amma hələ ki, belə bir forma ortada yoxdur,  təqdim edilməyib. Məsələn, iqlim dəyişiklikləri ilə bağlı mübarizədə Finlandiya modeli var. Bu modeldə bir neçə əlamət var ki, onlar dünyaya Finlandiyadan yayılıb. Orada Helsinki şəhrinin kanalizasiya suyunu dənizə içməli su halına gətirdikdən sonra buraxırlar. Helsinkidə  Baltik dənizinin sahilində böyük bir qurğu var, bunu zavod da adlandırmaq olar. Bu zavod şəhərdən gələn bütün kanalizasiya sularını qəbul edir və təmizləyir..."   

Finlandiya təcrübəsinin bir sıra ölkələrə yayıldığını deyən A.Nəsirli hesab edir ki, bu, iqlim dəyişiklikləri ilə mübarizədə Finlandiya modelinin bir komponentidir. 

A.Nəsirlinin fikrincə, Azərbaycanda da hər hansı bir üsul düşünüb tətbiq etmək tam mümklündür. "Məsələn, bizim ekoloqlar iqlim dəyişiklikləri ilə mübarizədə yeni bir metod ortaya qoymalıdır. Bu metodlarla da iqlim dəyişikliklərinə qarı mübarizə aparmalıyıq. Bu halda, bəli, biz iqlim dəyişikliklərinə qarşı Azərbaycan modelini formalaşdıra bilərik. Onu da qeyd edim ki, iqlim dəyişiklikləri ilə  mübarizədə Azərbaycanın çox böyük potensialı var. Yəni həm günəş enerjisindən, həm dənizdə dalğa enerjilərindən, külək enerjisindən, çaylardan istifadə etməklə yaşıl enerjiyə keçərək iqlim dəyişikliklərinə qarı ənənəvi qaydada mübarizə aparmaq potensiallarını böyüdə bilər. Amma çox təəssüflər olsun ki, bu gün ölkədə istehsal olunan ekektrik enerjisinin yalnız 6 faizi dağ çaylarının, yəni su elektrk stansiyalarının, 1 faizi digər alternativ və bərpa olunan  enerjinin payına düşür. Bu günəş enerjisidir, külək enerjisidir və sair. Bioenerjidən istifadə etmək olar. Məsələn, Finlandiya modelini Azərbaycana gətirmək olar. Bilirsiz ki, Xəzər dənizində suyun çirklənmə səviyyəsi ildən ilə yüksəlir, bunun qarşısını almaqdan ötrü bu vacibdir. Finlandiya modelini Azərbaycana gətirmək və bunu Xəzər dənizi akvotoriyasında olan ölkələrə təklif etmək olar. İran, Türkmənistan, Qazaxıstan, Rusiyanın Xəzər dənizi sahilində olan şəhərlərində bu modeldən istifadə etməklə Xəzər dənizinin çirklənməsinin qarşısını alsınlar".

A.Nəsirli bir daha vurğuladı ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə geniş potensialı var.   O qeyd etdi ki, söhbət ənənəvi qaydalardan gedir, amma yeni modeli  mütəxəssislər yaratmalıdır. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

10.06.2025 / 21:34
Tramp Rusiyanın neft alıcılarına qarşı sanksiyaları ləngidir

10.06.2025 / 21:17
Paşinyana qarşı impiçment prosesi başlayır - 18 səs çatmır, işdə rus barmağı...

10.06.2025 / 21:03
Vyanada bu nə görüşdür - Azərbaycan iqtidarından kimsə yox, Paşinyanın yerinə namizəd görüşə gəlib...

10.06.2025 / 20:55
Vardanyanın məhkəməsində zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

10.06.2025 / 20:48
Ter-Petrosyan da Paşinyana qarşı kilsə ilə birləşdi - Paşinyan ona “seçki saxtakarlığının banisi” dedi...

10.06.2025 / 20:33
Azərbaycanla saziş Ermənistanda seçkilərin taleyini müəyyən edən əsas faktor olacaq...

10.06.2025 / 20:19
Maskın iddiası ilə Trampın səsləri yenidən sayıla bilər...

10.06.2025 / 20:05
ABŞ qarışdı - Tramp ölkəni "banan dövlətinə" çevirdi...

10.06.2025 / 19:50
Qeyri-neft sektoruna sərmayələr azalmağa başladı - həyəcan doğuran səbəblər...

10.06.2025 / 19:37
Paşinyan baş keşişi qovdu - ona ilk dəfə "Ktriç Nersisyan" dedi...

10.06.2025 / 19:23
Rubl sürətlə bahalaşır - Azərbaycandan Rusiyaya ixrac kəskin artacaq...

10.06.2025 / 19:09
Azərbaycanın xarici hədəfləri və vətəndaş cəmiyyətinin iştirakı...

10.06.2025 / 18:55
Pakistanın Azərbaycana satdığı 40 qırıcı Ermənistana “kifayət edəcək”...

10.06.2025 / 18:41
Baltik dövlətləri Rusiyaya "müharibə elan etdilər" - Ukraynaya ultimatum...

10.06.2025 / 18:28
“Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib - FOTO

10.06.2025 / 18:27
Rayonlarımızda maaşların arasında bu qədər fərq var - bəzən min manatdan çox…

10.06.2025 / 18:23
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

10.06.2025 / 18:20
“Ölkədə siyasi həmrəylik mühiti siyasi gündəliyin əsas tərkib hissəsinə çevrilib” - Vüqar Rəhimzadə

10.06.2025 / 18:14
Muğam münsifləri gənc iddiaçılarla “muzdur, kölə kimi davranır” - yolverilməz...

10.06.2025 / 18:09
“Son zəng”, məktəb, valideynlər

10.06.2025 / 18:00
Paşinyanın Qurban təbrikini Bakıda necə oxumalıyıq?..

10.06.2025 / 17:47
“Ermənilərin Bakı məhkəməsində çıxışları mətbuata tam əksi ilə çıxır” - İrəvandan absurd iddia...

10.06.2025 / 17:43
Avropaya inteqrasiyanın qapalı səması: Ermənistan Hava Yolları Aİ-nin “Qara siyahısında”

10.06.2025 / 17:33
İki gün öncə işdən çıxarılan müdafiə naziri Jaksılıkov saxlanıldı

10.06.2025 / 17:30
ABŞ-da kütlə və elita birgə qiyama qalxıb - 22 qubernator Trampa qarşı...

10.06.2025 / 17:23
Zəngəzur dəhlizinin müasir əhəmiyyəti

10.06.2025 / 17:10
Kaliforniyada Trampa qarşı qiyamda erməni lobbisinin barmağı var(?)...

10.06.2025 / 16:56
Vətəndaşları aldadaraq külli miqdarda vəsait ələ keçirən şəxs saxlandı

10.06.2025 / 16:42
Abşeronda mağazalardan oğurluq edən şəxs yaxalandı

10.06.2025 / 16:30
Bu il Bakı Mühəndislik Universitetində üç yeni ixtisas açılıb

10.06.2025 / 16:19
Aydınlarımızdan biri də Aydın Quliyevdir! - Əbülfət Mədətoğlu yazır

10.06.2025 / 16:09
Əli Əkbər Vilayəti: İran Zəngəzur dəhlizinin açılmasının qarşısını aldı

10.06.2025 / 15:46
Prezident İlham Əliyev Polşanın yeni seçilmiş Prezidentini təbrik edib

10.06.2025 / 15:41
Prezident Azərbaycan və Çin arasında viza rejiminin ləğvini təsdiqlədi

10.06.2025 / 15:26
Aydın Quliyev Putinin köməkçisinin cavabını sərrast verdi... - VİDEO

10.06.2025 / 15:20
Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim etdi

10.06.2025 / 15:07
Elektrik enerjisi istehlakçılarına aylıq sabit tarif tətbiq olunacaq

10.06.2025 / 14:45
Minsk Ukrayna münaqişəsinin həlli üçün platforma təklif etdi

10.06.2025 / 14:15
Los-Ancelesdə etiraz aksiyaları iğtişaşlara çevrilib

10.06.2025 / 14:01
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışını etdi - FOTO

10.06.2025 / 13:42
"Rusiya Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyır" - Zaxarova

10.06.2025 / 13:33
Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2025” və “Mustafa Kamal Atatürk-2025” təlimləri keçiriləcək - VİDEO

10.06.2025 / 13:27
Nevzat Tarhan Bakıda müəllimlərlə görüşdü: “Texnologiya müəllimi əvəz edə bilməz”

10.06.2025 / 13:25
Nyu Yorkda Trampın siyasətinə etiraz edən onlarla etirazçı saxlanıldı

10.06.2025 / 13:16
Əli Əsədov Özbəkistanda rəsmi səfərdədir - FOTO

10.06.2025 / 13:12
Россия продолжает грязную игру против Азербайджана - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.06.2025 / 13:06
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

10.06.2025 / 12:50
Bu il keçiriləcək “Formula 1”in tarixi açıqlandı...

10.06.2025 / 12:16
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək - Müdafiə Naziriliyi

10.06.2025 / 12:10
Paşinyan ya kilsəni "bitirəcək”, ya da özü bitəcək...

10.06.2025 / 12:02
Fransada sosial gərginlik artır - taksi sürücüləri də etiraza başladılar

10.06.2025 / 11:30
BDU-nun Astrofizika kafedrası: “Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq”

10.06.2025 / 11:24
"Digər 83 ölkə kimi, Azərbaycan da bu prosesə.." - Çin səfirindən AÇIQLAMA

10.06.2025 / 11:20
Bu sosial problemlər dünyada əhali artımını dayandırır - BMT açıqladı

10.06.2025 / 11:16
"Avtoşluq" edib görüntüləri sosial şəbəkədə yaydı, 15 sutka həbs olundu...

10.06.2025 / 11:10
"Əlaqəni dərhal kəsin və nömrəni bloklayın!" - DİN kiberdələduzluqla bağlı çağırış etdi

10.06.2025 / 11:04
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

10.06.2025 / 11:03
Ermənistanda əsil savaş başladı - CANLI

10.06.2025 / 11:03
Kiyevə dron "yağışı" - dağıntı və yaralananlar var

10.06.2025 / 11:00
Azərbaycanda Bayramların Yüksək Səviyyədə Keçirilməsi

10.06.2025 / 10:33
Paşinyan II Qareginə qarşı plan hazırlayıb - erməni KİV

10.06.2025 / 10:25
Qəzza zolağında ölən jurnalistlərin sayı 227-yə çatdı...

10.06.2025 / 10:18
Dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu...

10.06.2025 / 10:12
ABŞ-İran danışıqlarının altıncı raundu gələn bazar keçiriləcək

10.06.2025 / 10:06
Rusiya vətəndaşını ABŞ-da 65 illik həbs gözləyir- 500 milyon dollara görə...

10.06.2025 / 10:00
ABŞ çalxalanır - Kaliforniya qubernatoru Trampı və müdafiə nazirini məhkəməyə verdi!

10.06.2025 / 09:35
Ukrayna -Rusiya müharibəsini Qarabağla yalnız bir aspektdə müqayisə etmək olar - o da Rusiyaya sərf etməz....

10.06.2025 / 09:27
Özündən kiçik yaşda aktyorla eşq yaşayır...

10.06.2025 / 09:22
ABŞ-da etirazlar səngimir - bu dəfə Bostonda

10.06.2025 / 09:16
Dənizdən meyit çıxarılıb - Nazirlik məlumat yaydı

10.06.2025 / 09:10
Xorvatiya millisi darmadağına sevindi, İtaliya və Belçikadan çətin qələbə

10.06.2025 / 09:00
Los-Ancelesə göndərilən əsgərlərin sayı ikiqat artırıldı - Trampdan qərar

09.06.2025 / 21:18
Tramp: “Los Ancelesdə insanlar etiraz aksiyalarına pul üçün gəlirlər”

09.06.2025 / 20:51
Azərbaycanlı deputatlarla görüşən erməni partiya sədri baş nazirliyə namizəd göstərildi

09.06.2025 / 20:36
Ermənistanda Xocalı qatilinə qarşı cinayət işi başlandı

09.06.2025 / 20:22
Tramp müharibə yolunda: Kaliforniyadakı etirazlar hərbi qarşıdurmaya çevrilir

09.06.2025 / 20:07
Ukrayna Rusiyanın daha iki hərbi təyyarəsini yerdə məhv etdiyini bildirdi

09.06.2025 / 19:44
Los-Ancelesdə etirazlar böyüyür - polis canlı yayımda olan avstraliyalı müxbiri güllələdi

09.06.2025 / 19:18
Gürcüstan deputatları Baltikyanı ölkələrlə dostluq qruplarına daxil olmaqdan imtina etdi...

09.06.2025 / 18:50
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi başladı…

09.06.2025 / 17:31
Rusiya qisasını aldı - Ukraynanın taktiki aviasiya təyyarələrinin bazası vuruldu…

Azərbaycanın xarici hədəfləri və vətəndaş cəmiyyətinin iştirakı...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456