İran prezidenti “Qarabağ Azərbaycandır” dedi - "Biz çox sevinirik ki..."
![Image](/uploads/posts/2023-11/president_raisi_091123.webp)
Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi.
Bunu İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
Qarabağın yenidən qurulacağına və bərpa ediləcəyinə ümidvar olduğunu bildirən İran Prezidenti qeyd edib: “Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”.