ABŞ Suriyada İrana məxsus silah anbarını bombaladı...
ABŞ Suriyada İran İslam İnqilabı Korpusu (SEPAH) və onlara bağlı qruplar tərəfindən istifadə edilən bir hərbi obyekti bombalayıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
“Biz xalqımızı, hücumlara görə məsuliyyət daşıyanlara qarşı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik və öz seçdiyimiz vaxt və yerdə cavab verəcəyik”, - deyə açıqlamada bildirilib.
Açıqlamada sözügedən hava hücumunun Suriya və İraqda ABŞ vətəndaşlarına qarşı təşkil edilən hücumlara cavab olduğu, lakin hücumun Suriyanın hansı bölgədə həyata keçirildiyi və nəticəsi ilə bağlı məlumat paylaşılmayıb.
ABŞ Müdafiə naziri Lloyd Austin isə iki F-15 təyyarəsi ilə Suriyanın şərqində İran və ona bağlı qrupların istifadə etdiyi silah anbarına zərbə endirildiyini açıqlayıb.
Bu arada husilər Yəmənin ərazi sularında ABŞ-a məxsus MQ-9 Reaper tipli İHA-nı vurduqlarını açıqlayıblar. Husilər İHA-nın ABŞ tərəfindən İsrailə dəstək məqsədilə istifadə edildiyini iddia ediblər. Pentaqon rəsmiləri də husilərin iddiasını tədiqləyiblər.
TAHİR