Belçika İsrailə qarşı - sanksiyalar tətbiq etməyin vaxtı çatdı
Belçika baş nazirinin müavini Petra De Sutter, İsrailin beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına məhəl qoymadığını deyərək, İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
“İsrailə qarşı sanksiyaların vaxtıdır. Qəzzada hərbi cinayətlər törədilir, İsrail atəşkəs üçün beynəlxalq tələblərə məhəl qoymur. Federal hökuməti İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıram” - baş nazirin müavini Sutter sosial media yazıb.
TAHİR