Ukrayna Rusiyanın son model S-300V4 sistemini vurduğunu iddia etdi
Ukrayna Silahlı Qüvvələrinin Tavriya komandiri Aleksandr Tarnavski Rusiyanın son model S-300V4 zenit-raket kompleksini məhv etdiklərini iddia edib.
Tarnavski sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun son sutka ərzində Tavriya istiqamətində 23 hava və 888 artilleriya hücumu həyata keçirdiyini bildirib və qeyd edib ki, ön xətt 44 toqquşma olub.
Ukrayna ordusunun Avdiyivka istiqamətində müdafiəni qətiyyətlə davam etdirdiyini qiymətləndirən Tarnavski, Ukrayna raket və artilleriya birləşmələrinin son 24 saatda Rusiyanın 542 itki verdiyini iddia edib.
Tarnavski son model S-300V4 zenit-raket kompleksi, 2 tank, 3 zirehli personal daşıyıcısı, 7 artilleriya sistemi, 26 pilotsuz uçuş aparatı, 3 nəqliyyat vasitəsi, xüsusi texnika daxil olmaqla, Rusiyaya məxsus ümumilikdə 46 texnikanın məhv edildiyini iddia edib.
TAHİR