Paşinyan KTMT-nin Minsk sammitinə qatılmayacaq? – rəsmi İrəvan açıqca “yox” deyir...
Nikol Paşinyanın Rusiyadan sürətlə uzaqlaşmaq addımları davam edir. Bu dəfə də diqqətlər bu ay Minskdə keçiriləcək KTMT sammitinə yönəlib. Ermənistan tərəfi hələ də noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edib-etməyəcəyinə dair dəqiq cavab verməyib. "Qərar veriləndə ictimaiyyətə bu barədə məlumat veriləcək", - deyə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə bildirib.
"Nəzəri cəhətdən həm iştirak edəcəyimiz, həm də iştirak etməyəcəyimiz mümkündür." Kostanyan vurğulayıb ki, hazırda KTMT-dən çıxmağın hüquqi prosesi müzakirə olunmur. Beləcə Nikol Varvaroviçin KTMT-nin sammiti üçün Belarusa gedib-getməyəcəyi tapmaca halına dönüb.
Mətləb