Şaumyanın Xankəndindəki abidəsi nə zaman götürülüb?
Stepan Şaumyanın Xankəndidəki abidəsi götürülüb. Bu barədə müxtəlif Telegram kanallarında məlumat və hadisəni əks etdirən fotoşəkil yayılıb. Daşnak liderlərindən, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş, qəddar erməni cəlladlarından biri olan S. Şaumyan Bakı Xalq Komissarları Sovetinin sədri vəzifəsində işləyib.
1918-ci ildə Şaumyanın rəhbərliyi ilə Bakı soyqırımı baş verib. Şaumyanın rəhbərliyi ilə Bakıda, Qubada, Lənkəranda azərbaycanlılar qətlə yetiriliblər, minlərlə azərbaycanlı Daşnakütyun Partiyasının hərbi dəstələri, erməni-rus birləşmələri tərəfindən qəddarcasına öldürülüb, soyqırıma məruz qoyulub. 1918-ci ilin mart-aprel aylarında azərbaycanlıların soyqırımının əsas təşkilatçılarından biri, qaniçən, daşnak Stepan Şaumyanın abidəsinin Azərbaycanın Xankəndi şəhərindən götürülməsi barədə rəsmi məlumat yoxdur.
Təbii ki, bizim torpaqda nə separatçılara, nə də onların daşnak babalarının abidələrinə yer var, separatizmi əks etdirən, tətikləyən hər bir element sıradan çıxarılmalıdır.
İradə SARIYEVA