Adi baxdığımız "sarılıq" əslində təhlükəli "Hepatit A"dır - Bakıda yayılmağa başlayıb…
Adil Qeybulla: “Sarılıq kimi tanınan xəstəlik hazırda Rusiya və Gürcüstanda da müşahidə olunur”
Son vaxtlar insanları narahat edən məsələlərdən biri də dədə-babadan sarılıq kimi tanıdığımız Hepatit A virusunun yayılmasıdır. Bakının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə bəzi orta məktəb və məktəbəqədər təhsil müəssisələrində Hepatit A virusunun yayılması barədə xəbərlər valideynlərin narahatlığının bir az da artmasına səbəb olub.
Iddialara görə, Bakıda və ətraf rayonlarda içməli suya dərman qatılması barədə iddialar var. Səs halında “WhatsApp” qruplarda paylaşılan bu iddiaya görə, içməli suyun tərkibində Hepatit A virusu olduğu üçün müvafiq qurumlar suya naməlum dərman qatıblar və içməli suyu qaynadılmadan orqanizmə qəbul etmək virusa yoluxmaya səbəb ola bilər. Kimliyi bilinməyən şəxslər tərəfindən yayılan bu iddialar insanlar arasında narahatlığa səbəb olub.
Bəs Hepatit A virusu həqiqətən də sudan yayıla bilər? Vətəndaşlar bu kimi hallardan qorunmaq üçün nə edə bilərlər?
“Bu xəstəlik qara ciyərində problem olan insanlarda serroza da gətirib çıxara bilər”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, infeksion sarılıq Hepatit A virusu tərəfindən törədilir. Hepatit adlanmağının səbəbi "hepatasit", yəni qara ciyər hüceyrələrində lövbər salan və burda çoxalan viruslardır: “İnfeksion sarılıq adlanmasının səbəbi bu xəstəliyin yoluxucu olmasıdır. Qara ciyərdə olan bu virus qara ciyəri dağıdır və öd piqmentlər qana qarışaraq sarılıq yaradır. Bu zaman gözün sferasında, dəridə sarımtıl rəng hiss olunur, xəstəlik adını burdan alır. Onu da deyim ki, bu xəstəlik qara ciyərində problem olan insanlarda serroza da gətirib çıxara bilər. Sarılıq kimi tanınan xəstəlik hazırda Rusiya və Gürcüstanda da müşahidə olunur. Xəstəlik fekal oral yolla alınır, xəstə insanın eksperimetləri ilə xaric olunur. Həmin eksperimentlər kanalizasiya və ya içməli suya keçdikdə başqalarına yoluxa bilər. Xəstəliyin yayılma mənbəsi olaraq su hövzəsi göstərilir, amma sarılıq hazırda Rusiya və Gürcüstanda da müşahidə edilir. Xəstəliyin vaksini var, yaxşı olar ki, insanlar vaksinasiya olunsun. Milli peyvənd təqviminə daxil olmasa da, geniş epidemoloji vəziyyət olarsa, Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi də təqvimə əlavə edə bilər. Hesab edirəm ki, xəstəlik vaxtında lokallaşdırılacaq və epidemiya halını almayacaq".
Həkimin sözlərinə görə, maska taxmaq, məsafə gözləmək, əllərin gigiyenasına diqqət etmək bu xəstəliyin yayılmasının qarşısını almaqda ciddi şərtdir.
Günel CƏLİLOVA