Cümə axşamı günü, 10 iyul 2025
     

6 nömrəli məktəb-liseydə bu nə hadisədir...

Image

Bir neçə gündür ki, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəbdə baş verənlər  müzakirə predmetinə çevrilib.

Xatırladaq ki, məktəbdə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qalması ilə bağlı məlumatlar yayılıb. 

Zərərçəkənin valideyni mətbuata açıqlamasında qeyd edib ki, yanvar ayının 9-da övladı S. Əliyev ürək bulantısı, qusma və digər qəribə hərəkətləri ilə diqqət çəkib: "Tualetə saatlarla getmək istəmir, aqressivdir, özünü ora-bura çırpır. Uşaqla sakit söhbət etməyə başladım, sənə nə olub, sən niyə neçə vaxtdı bu durumdasan, səni kimi qorxudub? – deyə soruşdum. Demək, hadisə tualetdə baş verdiyinə görə uşağın da qorxusu məhz tualetdən olub. Biz valideyinlər sabahı 6 nömrəli məktəbə yollandıq və orada azyaşlılara baxan tədris hissəsinin müdiri ilə görüşdük. Belə qərara gəldik ki, sinifləri gəzək, bu hərəkəti edən uşaqları müəyyənləşdirək. 2-3 mərtəbə gəzəndən sonra həmin 4 nəfəri zərərçəkən uşaq tanıdı. Sinfə girən kimi həmin uşaqları tanıdı (o kadrlar bizdə var). Uşaq göstərdi ki, "bu uşaqların biri əllərimi tuturdu, digəri seksual hərəkətlər edirdi və başqa birisi də telefonla çəkirdi". Təxminən 1 ay öncə də uşağın bədənində çoxlu sayda göyərtilər var idi. O vaxt uşaqdan soruşanda deyirdi ora-bura vurmuşam. Sən demə uşağı qorxudublar ki, "bu hadisəni kiməsə desən məktəbdə bu videonu yayacağıq. Mən blogerəm, izləyicim çoxdur". Uşaq da qorxusundan bunu bizdən gizlədibmiş. Daha sonra məktəbin psixoloqu bu uşaqları danışdırdı və uşaqlar boyunlarına aldılar ki, "biz bu hərəkəti etmişik". Sonra həmin uşaqlardan telefonu istədilər, onlar isə vermədi, dedilər ki, parolunu bilmirəm və siz mənim telefonuma baxa bilməzsiniz".

Qeyd edək ki, bu məsələ ölkədə narahatlığa səbəb olub. Valideynlər həmin uşaqların məktəbdən çıxarılmasını tələb edib. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilir ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Digər uşaqlarla bağlı da addımlar atılacaq. II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib. Həmçinin, Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib. Məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb". 

Onu da bildirək ki, son günlər təhsil müəssisələrində xoşagəlməz hadisələrin sayı artır. Məktəblərdə cinsi qısnama, bıçaqlanma, zorakılıq kimi hadisələr qeydə alınır. Bu kimi hadisələrin artma səbəbi məktəblərdə kişi müəllimlərin sayının az olması, cinsi tərbiyə haqqında məlumat verilməməsi, psixoloji xidmətin zəif olması ilə əlaqələndirilir.

Kamran Əsədov: "Məktəblər şagirdlərin ən təhlükəsiz olmaları lazım olan yer olmalıdır, ancaq bunun tam əksinədir" 

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, orta məktəblərdə nəzarət mexanizmi aşağı səviyyədədir: "Nəzarət mexanizmi kameralarla həyata keçirilmir. Bir neçə otaqda nəzarət kamerası olsa da, mütəmadi olaraq nəzarət zəifdir. Ölkədə "Məktəblinin dostu" kimi gözəl bir layihə həyata keçirilir. Bu layihə məktəb daxilində baş verən bir sıra neqativ halların kökünün kəsilməsinə gətirib çıxarıb. Amma çox təəssüflər olsun ki, bizim övladlarımız məktəblərdə yox, sosial şəbəkələrdə böyüyürlər. Məktəblərimizdə uşaqlarımıza tərbiyə verilmir. Baş verən neqativ hallar onu göstərir ki, şagirdlər məktəbdə lazımi bilik və bacarıqları öyrənmədiyi kimi, tərbiyə prosesindən də kənar qalırlar. Yəni məktəb nəzarət mexanizmi həyata keçirə bilmir. Bu tipli hadisə baş veribsə, bu onu göstərir ki, şagirdin məktəblə münasibətləri yaxşı deyil. Məktəbin psixoloqu, direktoru, onun müavini şagirdlərlə düzgün ünsiyyət qura bilmir. Yəni bu gün kommunikasiya ilə bağlı ciddi problemlər var. Bu gün Azərbaycan məktəblisi öz problemini məktəbin direktoruna, müəlliminə, psixoloquna deyə bilmir. Məktəb psixoloqu davamlı olaraq məktəbdə psixoloji testlər keçirməli, problemli şagirdləri nəzarətə götürməli, söhbətlər aparmalıdır. Əgər Bakının mərkəzində belə hal baş verirsə, Bakıdan kənarda biz daha nələr görə bilərik? Bizim məktəblərimiz informasiya münasibətlərində şagirdlərə uduzur. Bu gün şagirdlər ali məktəbə orta təhsilin verdiyi biliklə yox, repetitorun hazırlıq kursunda əldə etdiyi biliklə qəbul ola bilir. Deməli, məktəbin bir mahiyyəti yoxdur. Yaxud Gəncədə şagird öz məktəb yoldaşını bıçaqlayıb öldürür. Əgər bizim övladımızı məktəblərdə öldürür, incidir, dərs vermirlərsə, o zaman məktəblər nəyə lazımdır? Məktəblər şagirdlərin ən təhlükəsiz olmaları lazım olan yer olmalıdır, ancaq bunun tam əksinədir. Görünən budur ki, məktəb direktorları, müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları məktəblərə nəzarət edə bilmir, yaxud etmək istəmir. Onların başı pul yığmağa qarışıb. Görünən odur ki, məktəb öz funksiyasını yerinə yetirə bilmir".

Könül İsmayılova: "Məktəblərdə xoşagəlməz olayların baş vermə səbəblərindən biri təhsil müəssisələrində kişi zəhminin, qorxusunun olmaması ilə bağlıdır" 

Psixoloq Könül İsmayılova "Bakı-Xəbər"ə şərhində bildirib ki, məktəblərdə cinsi tərbiyə dərslərinin keçirilməsi vacib və lazımdır: "Hamı cinsi tərbiyə dedikdə uşaqlara nə isə tərbiyəsiz bir mövzu keçiriləcəyini düşünür. Orada pornoqrafiya, erotikadan söz getmir. Bu, geniş bir anlayışdır. Bu dərslər bir qızın özünü qadın, bir oğlanın isə kişi kimi tərbiyə etməsi haqqında olan dərslər deməkdir. Çünki Azərbaycanda indiki zamanda bir çox ailələrdə  vəziyyət çox pisdir. Nə qadın, nə kişi ailədə funksiyalarını düzgün şəkildə yerinə yetirir. Oğlanlara kişi kimdir, necə olmalıdır, onun ailədə rolu tədris olunmalıdır. Bir sözlə, seksual tərbiyə bu deməkdir.  Yetkinlik yaşına çatanda həm qız, həm oğlanların orqanizmində dəyişiklik yaranır. Əksəriyyəti məlumatsız olduğundan və utandığından heç nə soruşmur, baş verənləri qorxu ilə qarşılayırlar".

Həmsöhbətimiz hesab edir ki, cinsi tərbiyə uşaq tərbiyəsinin əsas hissəsidir. İlk növbədə, bu tərbiyə  uşağa  kiçik yaşlarından evdə verilməli, bu barədə hər uşağın individual xüsusiyyətlərinə uyğun olaraq söhbətlər aparılmalıdır: "Son günlər 6 saylı məktəbdə baş verən hadisə hər kəsin diqqətindədir. 2-ci sinif şagirdinə bu cür işgəncə verən 7-ci sinif şagirdlərinin məktəbdən çıxarılması ilə iş bitməməlidir. Həmin uşaqların valideynləri məsuliyyətə cəlb olunmalıdır. O uşaqlar və  valideynləri psixoloqla ünsiyyətdə olmalıdır. Məktəbli bu hərəkəti edirsə, deməli onun psixoloji problem var, bunda valideynlərinin də rolu var. Bu səbəbdən də bu məsələ diqqətdə saxlanılmalıdır. Həmin uşaqların gələcəkdə başqa uşaqlara da eyni acını yaşatmaması üçün onlar mütləq psixoloji müalicə olunmalıdır". 

Psixoloq son olaraq onu da bildirdi ki, məktəblərdə xoşagəlməz olayların baş verməsinin səbəblərindən biri təhsil müəssisələrində kişi zəhminin, qorxusunun olmaması ilə bağlıdır: "Məlumdur ki, son zamanlar təhsil müəssisələrində çalışan qadın müəllimlərin sayı çoxdur. Əvvəllər məktəblilər kişi müəllimlərdən çəkinərdi, indi onların sayının az olması istər-istəməz bu kimi hadisələrin artmasına səbəb olur".

Elşən Qafarov: "Vəziyyətin ciddiliyini nəzərə alıb, gec olmadan belə halların qarşısını almaq üçün maarifləndirmə işlərini artırmaq lazımdır" 

Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, bu gün məktəblərdə sinif yoldaşına ağır xəsarətlər yetirən, onu vuran, döyən, bıçaqlayan şagirdlər var: "Belə şagirdlərin sayı günü-gündən artır. Bunun ən başlıca səbəbi ümümtəhsil məktəblərində təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır. Cəmiyyətin özündə də müəyyən boşluqlar var. Televiziyalarda təlim-tərbiyə xarakterli proqramların çox az olması yeniyetmələr arasında kriminal aləmə meyli artırır. Vəziyyətin ciddiliyini nəzərə alıb, gec olmadan belə halların qarşısını almaq üçün maarifləndirmə işlərini artırmaq lazımdır".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:34
Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb - YENİLƏNİB

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 min dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910