Bayden Konqresi Türkiyəyə "F-16" satışını dərhal təsdiqləməyə çağırdı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsinin ardınca ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya "F-16" satışını təsdiqləməyə çağırıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Bayden Konqresə ünvanladığı məktubda Türkiyəyə "F-16" satışını dərhal təsdiqləməyə çağırıb.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında Türkiyə ABŞ-yə 40 ədəd F-16 "Block 70" döyüş təyyarəsi və 79 modernizasiya dəstinin satın alınması üçün müraciət edib.
ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlama verməyib.