Çərşənbə günü, 11 iyun 2025
     

İqtisadçı ekspertlər Vergi Xidmət rəisi ilə nələri müzakirə ediblər...

Image

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli iqtisadçı-ekspertlərlə görüş keçirib. Tədbirdə vergi qanunvericiliyində edilmiş son dəyişikliklər, vergi siyasətinin qarşısında duran əsas məsələlər, vergi inzibatçılığı sahəsində aktual mövzular müzakirə edilib. 

DVX rəisi aparılan islahatlar, vergi siyasətində ortamüddətli dövrdə əsas istiqamətlər barədə məlumat verib. Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə ekspertləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. İştirakçılar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb.

Məlumdur ki, son günlər Vergi Məcəlləsinə edilən dəyişikliklər əsas müzakirə mövzularından biridir. Əsas problem kimi mikrosahibkarların vergi ilə bağlı çətinliklərlə üzləşəcəyi göstərilir. 

Maraqlıdır, məlum qurumla iqtisadçı-ekspertlərin görüşündə hazırda aktual olan problemlə bağlı hansı nəticə əldə olunub?

Ruslan Atakişiyev: "Görüş zamanı mikro sahibkarların üzləşəcəyi çətinliklərlə bağlı fikirlər səsləndi, onlara nə kimi ziyanların dəyəcəyi ilə bağlı araşdırma aparılacaq" 

Görüşdə iştirak edən iqtisadçı ekspert Ruslan Atakişiyev "Bakı-Xəbər"ə açıqlamasında bunları dedi: "Görüş çox maraqlı keçdi. Tərəflər dinlənildi. 2024-cu il yanvarın 1-də Vergi Məcəlləsinə edilən dəyişiklik müzakirə olundu. Bunun iş adamlarına, sahibkarlara təsiri ilə bağlı iqtisadçı ekspertlər öz fikrini bildirdi. Mikro sahibkarların üzləşəcəyi çətinliklərlə bağlı fikirlər səsləndi. Onlara nə kimi ziyanların dəyəcəyi ilə bağlı araşdırma aparılacaq. Dövlət Vergi Xidmətinin rəhbəri ilə belə qərara gəldik ki, bu tip görüşlər mütəmadi keçirilsin. Ehtimal edilir ki, fevral ayında da növbəti görüş təşkil olunacaq".

Əkrəm Həsənov: "Bu görüşün mahiyyəti, uğuru odur ki, vergi orqanının ekspertlərlə müəyyən dialoqu baş tutdu və bundan sonra necə inkişaf edəcəyini görəcəyik" 

Məlum görüşdə iştirak edən Əkrəm Həsənov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, müzakirə iqtisadçı-ekspertlərlə Dövlət Vergi Xidmətinin əməkdaşlığının əsasının qoyulması üçün təşkil olunmuşdu: "O cümlədən də qanun layihələri olduqda öncədən bizim də məlumatımız olsun ki, vəziyyət son dəyişikliklər kimi alınmasın. Yəni ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərdən çoxları narazıdır. Bu da başadüşüləndir. Çünki mikrosahibkarların vergi yükü birdən-birə 4 dəfə artıb. Əvvəllər 5 faiz ödəyirdisə, indi 20 faiz ödəyəcək. Mikrosahibkarlar əhalinin xeyli hissəsidir. Vergi orqanının rəhbəri Orxan Nəzərli bu məsələyə aydınlıq gətirdi. Bildirildi ki, mikrosahibkarların vergisinin aşağı olması iri sahibkarların bundan sui-istifadə etməsinə şərait yaradır. Yəni onlar sahibkarlardan istifadə edib və vergilərini azaldırlar. Doğrudan da belə hallar var. Ekspertlərin çoxu vergi orqanının diqqətinə çatdırdı ki, ola bilsin, kimsə qanundan sui-istifadə edir. Niyə buna görə hamının vergi yükü artırılmalıdır? Burada nəsə başqa yollar axtarmaq lazımdır. Son nəticədə belə razılığa gəlindi ki, bu il, yaxud növbəti il üçün Vergi Məcəlləsinə dəyişiklik edilərsə, bu məsələlər nəzərə alına bilər. Ümumiyyətlə, hansı dəyişikliklərin olacağı hələ ki, müzakirə olunmadı. Məlumat üçün bildirim ki, bu, ilk görüş idi. Bu görüşün mahiyyəti, uğuru odur ki, vergi orqanının ekspertlərlə müəyyən dialoqu baş tutdu və bundan sonra necə inkişaf edəcəyini görəcəyik".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

11.06.2025 / 08:34
Yas ehsanları bütün Azərbaycan miqyasında qadağan oluna bilər - zərurət tam yetişib...

10.06.2025 / 21:34
Tramp Rusiyanın neft alıcılarına qarşı sanksiyaları ləngidir

10.06.2025 / 21:17
Paşinyana qarşı impiçment prosesi başlayır - 18 səs çatmır, işdə rus barmağı...

10.06.2025 / 21:03
Vyanada bu nə görüşdür - Azərbaycan iqtidarından kimsə yox, Paşinyanın yerinə namizəd görüşə gəlib...

10.06.2025 / 20:55
Vardanyanın məhkəməsində zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

10.06.2025 / 20:48
Ter-Petrosyan da Paşinyana qarşı kilsə ilə birləşdi - Paşinyan ona “seçki saxtakarlığının banisi” dedi...

10.06.2025 / 20:33
Azərbaycanla saziş Ermənistanda seçkilərin taleyini müəyyən edən əsas faktor olacaq...

10.06.2025 / 20:19
Maskın iddiası ilə Trampın səsləri yenidən sayıla bilər...

10.06.2025 / 20:05
ABŞ qarışdı - Tramp ölkəni "banan dövlətinə" çevirdi...

10.06.2025 / 19:50
Qeyri-neft sektoruna sərmayələr azalmağa başladı - həyəcan doğuran səbəblər...

10.06.2025 / 19:37
Paşinyan baş keşişi qovdu - ona ilk dəfə "Ktriç Nersisyan" dedi...

10.06.2025 / 19:23
Rubl sürətlə bahalaşır - Azərbaycandan Rusiyaya ixrac kəskin artacaq...

10.06.2025 / 19:09
Azərbaycanın xarici hədəfləri və vətəndaş cəmiyyətinin iştirakı...

10.06.2025 / 18:55
Pakistanın Azərbaycana satdığı 40 qırıcı Ermənistana “kifayət edəcək”...

10.06.2025 / 18:41
Baltik dövlətləri Rusiyaya "müharibə elan etdilər" - Ukraynaya ultimatum...

10.06.2025 / 18:28
“Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib - FOTO

10.06.2025 / 18:27
Rayonlarımızda maaşların arasında bu qədər fərq var - bəzən min manatdan çox…

10.06.2025 / 18:23
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

10.06.2025 / 18:20
“Ölkədə siyasi həmrəylik mühiti siyasi gündəliyin əsas tərkib hissəsinə çevrilib” - Vüqar Rəhimzadə

10.06.2025 / 18:14
Muğam münsifləri gənc iddiaçılarla “muzdur, kölə kimi davranır” - yolverilməz...

10.06.2025 / 18:09
“Son zəng”, məktəb, valideynlər

10.06.2025 / 18:00
Paşinyanın Qurban təbrikini Bakıda necə oxumalıyıq?..

10.06.2025 / 17:47
“Ermənilərin Bakı məhkəməsində çıxışları mətbuata tam əksi ilə çıxır” - İrəvandan absurd iddia...

10.06.2025 / 17:43
Avropaya inteqrasiyanın qapalı səması: Ermənistan Hava Yolları Aİ-nin “Qara siyahısında”

10.06.2025 / 17:33
İki gün öncə işdən çıxarılan müdafiə naziri Jaksılıkov saxlanıldı

10.06.2025 / 17:30
ABŞ-da kütlə və elita birgə qiyama qalxıb - 22 qubernator Trampa qarşı...

10.06.2025 / 17:23
Zəngəzur dəhlizinin müasir əhəmiyyəti

10.06.2025 / 17:10
Kaliforniyada Trampa qarşı qiyamda erməni lobbisinin barmağı var(?)...

10.06.2025 / 16:56
Vətəndaşları aldadaraq külli miqdarda vəsait ələ keçirən şəxs saxlandı

10.06.2025 / 16:42
Abşeronda mağazalardan oğurluq edən şəxs yaxalandı

10.06.2025 / 16:30
Bu il Bakı Mühəndislik Universitetində üç yeni ixtisas açılıb

10.06.2025 / 16:19
Aydınlarımızdan biri də Aydın Quliyevdir! - Əbülfət Mədətoğlu yazır

10.06.2025 / 16:09
Əli Əkbər Vilayəti: İran Zəngəzur dəhlizinin açılmasının qarşısını aldı

10.06.2025 / 15:46
Prezident İlham Əliyev Polşanın yeni seçilmiş Prezidentini təbrik edib

10.06.2025 / 15:41
Prezident Azərbaycan və Çin arasında viza rejiminin ləğvini təsdiqlədi

10.06.2025 / 15:26
Aydın Quliyev Putinin köməkçisinin cavabını sərrast verdi... - VİDEO

10.06.2025 / 15:20
Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim etdi

10.06.2025 / 15:07
Elektrik enerjisi istehlakçılarına aylıq sabit tarif tətbiq olunacaq

10.06.2025 / 14:45
Minsk Ukrayna münaqişəsinin həlli üçün platforma təklif etdi

10.06.2025 / 14:15
Los-Ancelesdə etiraz aksiyaları iğtişaşlara çevrilib

10.06.2025 / 14:01
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışını etdi - FOTO

10.06.2025 / 13:42
"Rusiya Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyır" - Zaxarova

10.06.2025 / 13:33
Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2025” və “Mustafa Kamal Atatürk-2025” təlimləri keçiriləcək - VİDEO

10.06.2025 / 13:27
Nevzat Tarhan Bakıda müəllimlərlə görüşdü: “Texnologiya müəllimi əvəz edə bilməz”

10.06.2025 / 13:25
Nyu Yorkda Trampın siyasətinə etiraz edən onlarla etirazçı saxlanıldı

10.06.2025 / 13:16
Əli Əsədov Özbəkistanda rəsmi səfərdədir - FOTO

10.06.2025 / 13:12
Россия продолжает грязную игру против Азербайджана - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.06.2025 / 13:06
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

10.06.2025 / 12:50
Bu il keçiriləcək “Formula 1”in tarixi açıqlandı...

10.06.2025 / 12:16
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək - Müdafiə Naziriliyi

10.06.2025 / 12:10
Paşinyan ya kilsəni "bitirəcək”, ya da özü bitəcək...

10.06.2025 / 12:02
Fransada sosial gərginlik artır - taksi sürücüləri də etiraza başladılar

10.06.2025 / 11:30
BDU-nun Astrofizika kafedrası: “Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq”

10.06.2025 / 11:24
"Digər 83 ölkə kimi, Azərbaycan da bu prosesə.." - Çin səfirindən AÇIQLAMA

10.06.2025 / 11:20
Bu sosial problemlər dünyada əhali artımını dayandırır - BMT açıqladı

10.06.2025 / 11:16
"Avtoşluq" edib görüntüləri sosial şəbəkədə yaydı, 15 sutka həbs olundu...

10.06.2025 / 11:10
"Əlaqəni dərhal kəsin və nömrəni bloklayın!" - DİN kiberdələduzluqla bağlı çağırış etdi

10.06.2025 / 11:04
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

10.06.2025 / 11:03
Ermənistanda əsil savaş başladı - CANLI

10.06.2025 / 11:03
Kiyevə dron "yağışı" - dağıntı və yaralananlar var

10.06.2025 / 11:00
Azərbaycanda Bayramların Yüksək Səviyyədə Keçirilməsi

10.06.2025 / 10:33
Paşinyan II Qareginə qarşı plan hazırlayıb - erməni KİV

10.06.2025 / 10:25
Qəzza zolağında ölən jurnalistlərin sayı 227-yə çatdı...

10.06.2025 / 10:18
Dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu...

10.06.2025 / 10:12
ABŞ-İran danışıqlarının altıncı raundu gələn bazar keçiriləcək

10.06.2025 / 10:06
Rusiya vətəndaşını ABŞ-da 65 illik həbs gözləyir- 500 milyon dollara görə...

10.06.2025 / 10:00
ABŞ çalxalanır - Kaliforniya qubernatoru Trampı və müdafiə nazirini məhkəməyə verdi!

10.06.2025 / 09:35
Ukrayna -Rusiya müharibəsini Qarabağla yalnız bir aspektdə müqayisə etmək olar - o da Rusiyaya sərf etməz....

10.06.2025 / 09:27
Özündən kiçik yaşda aktyorla eşq yaşayır...

10.06.2025 / 09:22
ABŞ-da etirazlar səngimir - bu dəfə Bostonda

10.06.2025 / 09:16
Dənizdən meyit çıxarılıb - Nazirlik məlumat yaydı

10.06.2025 / 09:10
Xorvatiya millisi darmadağına sevindi, İtaliya və Belçikadan çətin qələbə

10.06.2025 / 09:00
Los-Ancelesə göndərilən əsgərlərin sayı ikiqat artırıldı - Trampdan qərar

09.06.2025 / 21:18
Tramp: “Los Ancelesdə insanlar etiraz aksiyalarına pul üçün gəlirlər”

09.06.2025 / 20:51
Azərbaycanlı deputatlarla görüşən erməni partiya sədri baş nazirliyə namizəd göstərildi

09.06.2025 / 20:36
Ermənistanda Xocalı qatilinə qarşı cinayət işi başlandı

09.06.2025 / 20:22
Tramp müharibə yolunda: Kaliforniyadakı etirazlar hərbi qarşıdurmaya çevrilir

09.06.2025 / 20:07
Ukrayna Rusiyanın daha iki hərbi təyyarəsini yerdə məhv etdiyini bildirdi

09.06.2025 / 19:44
Los-Ancelesdə etirazlar böyüyür - polis canlı yayımda olan avstraliyalı müxbiri güllələdi

09.06.2025 / 19:18
Gürcüstan deputatları Baltikyanı ölkələrlə dostluq qruplarına daxil olmaqdan imtina etdi...

09.06.2025 / 18:50
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi başladı…

Azərbaycanın xarici hədəfləri və vətəndaş cəmiyyətinin iştirakı...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456