5 dövlət+ABŞ Qəzza problemini həll etdi, lakin nə qədər ki Netanyahu var...
İnanılmaz görünən xəbər yayılıb. Səudiyyə, BƏƏ, Misir, İordaniya və Qətər ABŞ-la birgə Qəzza probleminin həll planını hazırlayıblar.
Plana görə, müharibədən sonra müstəqil Fələstin dövləti yaranacaq, Qəzza Fələstinin nəzarətində qalacaq, Səudiyyə İsraili tanıyacaq, ərəb milyarderlər Qəzzanı bərpa edəcək, əvəzində isə Qəzzanın bir daha dağılmayacağına qarantiya veriləcək, Fələstin administrasiyası islahatlara məruz qalacaq və korrupsionerlər hakimiyyətdən uzaqlaşdırılacaq.
Maraqlıdır... Lakin "Bloomberg" agentliyi 6 ölkənin heç birindən plan barədə münasibət öyrənə bilməyib.
Lakin analitiklər hesab edir ki, Netanyahu və onun sağ hökuməti hər cür sülh planı yolunda maneədir və Netanyahu hakimiyyətdə qaldıqca, planın reallıq şansı olmayacaq.
Beləliklə, Yaxın Şərqdə sülh xatirinə Netanyahu "xərclənəcəkmi?"...
Namiq QULİYEV