Vilayət Eyvazovdan azad ərazilərdə təhlükəsizlik məsələsi ilə bağlı açıqlama...
İnsanların dinc əməyinin keşiyində həmişə ayıq-sayıq dayanan Daxili Qoşunlar və Azərbaycan polisi həyatın yenidən qayıtdığı ərazilərdə təhlükəsizliyi və asayişi qətiyyətlə qoruyur, xidməti vəzifələrini əzmlə yerinə yetirirlər.
Bu fikirlər daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Zəfər Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarına ünvanladığı təbrikdə yer alıb.
V.Eyvazov onu da qeyd edib ki, Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır. Əminəm ki, öz andına daim sadiq olan şəxsi heyətimiz xalqın və Ali Baş Komandanın etimadını bundan sonra da layiqincə doğruldacaqdır.