KÖHNƏ VERSİYA            

NATO Rusiya ilə müharibə təliminə başladı...

Image

NATO bu ay Avropada son 40 ildə alyansın ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır. Bu manevrlərdə NATO-nun və İsveçin 90 min hərbçisi, aviasiya və gəmiləri iştirak edəcək. 

Bundan əvvəl manevrlərdə 40 min hərbçinin iştirak edəcəyi bildirilmişdi. “Mətin müdafiəçi” kod adlı hərbi təlimlər Almaniya, Polşa və Baltik ölkələrinin ərazilərində keçiriləcək.

ABŞ mediası yazır ki, təlimlərdə Rusiyanın müdaxiləsi təqdirində baş verəcək ssenarilər məşq olunacaq. “Reuters” agentliyi NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Kristofer Kavoliyə istinadla bildirir ki, manevlərin gedişində NATO və İsveç ittifaqı hərbi qüvvələrin Şimali Amerikadan Atlantik okeanı üzərindən Avropaya gətirilməsi və Avroatlantika məkanının müdafiəsinin təşkili nümayiş etdiriləcək. Xatırladaq ki, 2023-cü ildə NATO Avropa səmasında ən böyük hərbi hava manevrlərini keçirmişdi. ABŞ prezidenti Co Bayden də daxil bir çox Qərb təhlilçiləri bu qənaətdədirlər ki, Rusiya Ukrayna müharibəsində uğur qazana bilsə, NATO üzvlərindən birinə hücum edə bilər. Moskva belə planlar qurduğuna dair iddiaları rədd edir. Elə prezident Vladimir Putin də deyir ki, Rusiyanın NATO ilə müharibə üçün nə səbəbi, nə də marağı var. Lakin Qərb təhlilçiləri xatılrladırlar ki, Putin və Kreml Ukraynaya təcavüzdən əvvəl də müdaxiləyə hazırlaşdıqlarını inkar edirdilər. İspaniyanın ABC nəşri isə yazır ki, NATO öz tarixinin ən böyük “Mətin müdafiəçi” təlimini keçirməyi planlaşdırır və bu təlim Üçüncü Dünya müharibəsinin başlanğıcını imitasiya edir. Nəşrdə qeyd edildiyi kimi, təlimlərin ssenarisinə əsasən, Rusiya ilə böyük oxşarlıqlara malik olan “Okkasus” adlı şərti düşmən ittifaqa üzv ölkəyə hücum edir. Bundan sonra kollektiv müdafiə maddəsi qüvvəyə minir. Nəşrin məlumatına görə, bütün NATO ölkələri təlimlərdə iştirak etmək üçün öz hərbçilərini göndərəcək. Bunlar fonunda  Almaniyada dərc edilən “Bild” nəşri Bundesverin (Almaniya Silahlı Qüvvələri)  bu ilin fevralında NATO-nun şərq cinahında Rusiyaya qarşı başlanacaq hibrid hücuma hazırlaşdığını yazıb. “Bild” bu məlumatı Bundesverdəki məxfi sənədlərə istinadla verdiyini bildirib. Sənəddə Almaniyanın Müdafiə Nazirliyi NATO ilə Rusiya arasında münaqişənin necə başlaya biləcəyini ətraflı təsvir edir. Bundesverin ehtimal edilən ssenarisinə əsasən, Rusiya yaxın gələcəkdə yeni səfərbərlik dalğası elan edəcək, bundan sonra da Kreml yazda Ukraynaya yeni hücuma başlayacaq, bu Ukrayna ordusunun geri çəkilməsi ilə nəticələnəcək. Həmin sənədə əsasən, iyul ayında Rusiyanın Qərbə gizli, sonra isə açıq hücumu başlayacaq. “Bild” yazır ki, Rusiya tərəfindən kiberhücumlar və hibrid müharibənin digər formalarından istifadə gözlənilir, daha sonra isə bu ssenariyə əsasən toqquşmalar baş verir. Ssenariyə əsasən, Rusiya Kalininqradda qoşun və orta mənzilli raketlər yerləşdirərsə, oktyabrda vəziyyət gərginləşə bilər. Bundesverdə, Suval dəhlizində çoxsaylı insan tələfatı ilə süni şəkildə yaranmış münaqişə və iğtişaşların olacağı ehtimal edilir. Eyni sənəddə ABŞ-da keçirilən seçkilərdən sonra ABŞ-ın müvəqqəti olaraq lidersiz qalacağı bir vaxtda Rusiyanın 2014-cü ildə Krımda etdiyi kimi NATO ərazisinə təcavüzünü təkrarlayacağı qeyd edilir. Eyni ssenariyə əsasən, may ayında NATO Rusiyanı cilovlamaq üçün şərq cinahına 300 min əsgər göndərəcək. Rusiya ilə Qərb arasında savaşın ssenarisi 2025-ci ilin yayında müharibənin başlanmasının qaçılmaz olmasıdır.

Qeyd edək ki, "Soyuq Müharibə" bitdikdən sonra bu günə qədər NATO-nun ən böyük təlimi 2018-ci ildə Norveçdə keçirilib. Təlimə təxminən 51 000 əsgər cəlb edilib. NATO-nun indi planlaşdırılandan daha böyük olan sonuncu manevrləri Sovet İttifaqının dağılmasından əvvəl baş tutub. 1988-ci ildə təxminən 125 000 NATO əsgəri hərbi təlimdə iştirak edib.İndi isə bu ilin əvvəlindən, dörd ay ərzində NATO Rusiyaya qarşı genişmiqyaslı quru müharibəsini məşq edəcək.  Bu məqsədlə alyans Finlandiyadan Rumıniyaya qədər “Şərq Cəbhəsi”ndə “döyüş meydanını” simulyasiya etmək üçün bir sıra irimiqyaslı manevrləri, əməliyyat-taktiki təlimləri və kiber fəaliyyətləri birləşdirəcək. STEM Analitik Mərkəzinin hazırladığı məqalədə bildirilir ki, Estoniyada fevral ayında Tapa poliqonunda Estoniya Silahlı Qüvvələrinin və NATO-nun Gücləndirilmiş İrəli Mövcudluğu (EFP) döyüş qrupunun iştirak edəcəyi “Qış Düşərgəsi 24” təlimi keçiriləcək. Fevralın 28-dən aprelin 21-dək Polşa, Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniya, Finlandiya, Almaniya və İsveç Avropada bu ilin ən böyük çoxmillətli “Avropanın Müdafiəçisi-24” təliminin arenası olacaq. Onlara təxminən 50 minə yaxın hərbi qulluqçu, 500-700 təyyarə və 50-dən çox gəmi cəlb olunacaq.“Avropanın Müdafiəçisi-24” təlimləri fonunda Şimali və Norveç dənizlərində NATO Hərbi Dəniz Qüvvələrinin “Arktik Delfin-24” təlimi, çoxmillətli təlimlər keçiriləcək. Almaniyada fevral-aprel aylarında 12 mindən çox hərbçinin iştirakı ilə “Quadriga-24” milli təlimi keçiriləcək.  Təlimlər zamanı alman qoşunlarının kütləvi şəkildə Litva, Macarıstan, Norveç və Rumıniyaya köçürülməsi həyata keçiriləcək.  Qeyd edilir ki,  may ayında “Böyük kvadriqa” təlimi olacaq. Bu təlim zamanı Litvada 10-cu tank diviziyası NATO-nun mexanikləşdirilmiş bölmələri ilə “yerləşdirmə” və birgə döyüş əməliyyatları keçirəcək. Analitiklərin fikrincə, yuxarıdakı manevrlər tədricən yüz minlərlə hərbçinin iştirak etdiyi onlarla digər təlimlərlə üst-üstə düşəcək ki, bu da Rusiya Federasiyası ilə Qərb bloku arasında yeni gərginlik fonunda qeydə alınır.

Nahid SALAYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

22.11.2024 | 16:15
Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

22.11.2024 | 16:10
“Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir” - Vüqar Rəhimzadə

22.11.2024 | 16:07
Qazaxın azad edilən dörd kəndində sərhəd zastavaları tikiləcək

22.11.2024 | 15:50
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

22.11.2024 | 15:49
"İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil"

22.11.2024 | 15:35
ABŞ Ukrayna və müttəfiqlərinə xəbərdarlıq etdi - Rusiya eksperimental silahlardan istifadə edə bilər...

22.11.2024 | 15:30
"Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir" – Berbok

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930