Bazar günü, 13 aprel 2025
     

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

Image

Ramiz Əsgər: "Teleqram vurub Heydər Əliyevi toyumuza dəvət etmişdim…"

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri, tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist Ramiz Əsgərin 70 yaşı tamam olub.

Bu günlərdə 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən professor Ramiz Əsgər 1954-cü ildə Gümrünün Amasya ra­yo­­­nu­na bağlı Qaraçanta kəndində (ha­­­zır­da Ermə­nis­tan sər­hədləri içində­dir) do­­ğulub. Orta mək­­­­­­tə­bi qızıl me­dalla bi­ti­rərək 1972-ci ildə Bakı Dövlət Uni­ver­­si­tetinin jurna­listika fakül­təsinə da­xil olub, 1975-ci ildə M.V.Lo­mo­no­sov adı­na Mos­­kva Döv­lət Uni­­­­­­ver­si­te­tinin jur­na­listika fakültəsinə keç­­­­ib və 1978-ci il­də mə­zun olub. 1978-1983-cü illərdə "Azərbaycanın Səsi" radi­o­­­sun­da çalışıb, 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fran­sız və al­­man dil­lə­rində çıxan "Azərbaycan bu gün" jurnalının baş re­dakto­ru, 1984-1991-ci ildə latın, kiril və ərəb əlifbaları ilə nəşr olunan "Od­lar yurdu" qə­zetinin baş redaktoru, 1991-1993-cü illərdə  "Hürriyet" qəzeti (İstanbul) və Uluslararası Haber Ajansı­nın (UHA) Azərbaycan müxbiri, 1993-1997-ci illərdə "Yeni Forum" jurnalının (Ankara) təmsilçisi olub, 1993-1994-cü illərdə   Xarici Turizm Şurasının idarə rəisi işləyib.

1994-1996-cı illərda "XXI əsr" qəzetinin baş redaktoru olub. 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi olub, 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-2006-cı ildə Bakı Dövlət Universiteti türkologiya ka­fed­­­ra­sında iş­lə­yib, azərbay­canca və rusca "Türk mədəniyyət tarixi", "Tür­ko­­logiyanın əsas­ları", "Di­va­nü lüğat-it-türk", "Kitabi-Dədə Qorqud", "Qu­tadğu Bilig", "Manas" dərs­ləri deyib. 

2007-2012-ci illərdə filologiya fa­kültəsi bə­dii tərcümə elmi-təd­qi­qat la­­­bo­ra­to­riyasının müdiri olub. 2012-də türk xalqları ədə­biy­ya­tı ka­fed­ra­sının, 2016-da tür­kologiya kafed­rasının mü­diri seçilib. 2023-dən türkoloji araşdırmalar mərkəzinin müdiridir.

Namizədlik disser­ta­si­ya­sı­nı Qutadğu Bilig üzrə, dok­tor­luq dis­­­ser­­­ta­­si­ya­sı­nı  Divanü lüğat-it-türk  üzrə yazıb.

70 illiyi münasibətilə professor Ramiz Əsgərlə görüşüb söhbətləşdik.

"Atam həkim olmağımı istəyirdi, amma mən həkim olmaq istəmirdim" 

- Ramiz müəllim, bu günlərdə Prezident İlham Əliyev sizi II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi. Sizin üçün gözlənilən idi? Bu təltifi necə qarşıladınız?

- Çox   yaxşı. 60 yaşımda "Şöhrət" ordeni almışdım. Sağ olsun cənab Prezident, 70 yaşımda da yenidən əməyimi dəyərləndirdi və orden verdi. Əslində, "Şöhrət" ordenindən sonra "Şərəf" ordeni gözləyirdim. Amma "Vətənə Xidmətə görə" ordeni Vətən qarşısında xidmətlərə görə verilir. 

- İndiyə qədər çoxlu təltifləriniz olub…

- İki dəfə  "Qızıl qələm", "Həsən bəy Zərdabi",  "Humay", "Yeni Orhun" (Türkiyə), "İslama xidmət" (Küveyt), - "Türk Dünyasına xidmət" (Türkiyə),   "Qızıl alma" (Türkiyə), "Babur" (Özbəkistan),  "Altın əsr" (Türkmənistan), "Bəkir Çobanzadə" (Ukrayna),  "Nizami Gəncəvi mükafatı", "Rəsul Rza ödülü", "Vilhelm Tomsen" (Beynəlxalq Türk Akademiyası),  "Əlişir Nəvayi" qızıl medalı (Beynəlxalq Türk Akademiyası), "Qaysın Quliyev" medalı (Rusiya),   TürkSOY-un Özəl ödülü,  Türk­SOY-un 15 illiyi medalı, TürkSOY-un 20 illiyi medalı, TürkSOY-un 25 illiyi medalı, TürkSOY-un "Toktoqul" medalı,  "Məhtimqulu" medalı (Türkmənistan),  "Mağcan Cumabayev" medalı (Qazaxıstan),  "Qasım Amanjolov" medalı (Qazaxıstan), "Toktoqul" medalı (Qırğızıstan), "Mədəniyyət sahəsində uğurlar" medalı (Tatarıstan), "Abdulla Tukay" medalı (Tatarıstan) kimi nüfuzlu təltiflərə layiq görülmüşəm.  

-  Orta məktəbi qızıl medalla bitirmisiniz. Yəqin ki, başqa sahələri də seçə bilərdiniz. Jurnalistikanı özünüz seçdiniz, yoxsa ailənizin təsiri oldu?

- Atam həkim olmağımı istəyirdi, amma mən həkim olmaq istəmirdim. 

- Niyə?

- Çünki həkim olmaq üçün 7 il oxumaq lazım idi, həm də gəlib bir cərrrah kimi yetişməyin üçün ən azı on-on beş il işləməlisən. Amma jurnalistlik elədir ki, sənin istedadın varsa elə həmin gündən bu sənətə yiyələnməyə başlayırsan. Mən özüm jurnalist olmaq istəyirdim.  Bizim ailədə jurnalist çoxdur. Atam jurnalist, iki əmim jurnalist olub, mən jurnalist, qardaşım və qızım da jurnalistdir. Bizim ümumi "stajımız" yəqin 200 il olar. Atamgil filoloq idilər, jurnalistikanı bitirməmişdilər. Atam da, əmim də rayon qəzetinin redaktoru olub. Amasyada Azərbaycan və erməni dillərində "Əmək" qəzeti çıxırdı. Sonra atam və başqa bir əmim "Sovet Ermənistanı" qəzetində uzun müddət işləyiblər…  

- Bəs türk izini axtarmağa meyliniz nə vaxtdan başlayıb? Düzdür, genetik olaraq türkük, bu öz yerində. Elmi araşdırmalarınıza və fəaliyyətinizə təkan verən amilləri, qığılcımları nəzərdə tutub soruşuram.  

- Bizim Amasya sərhəd rayondur. O üzü Türkiyədir, bir tərəfi də Gürcüstan, bu yan da Ermənistan. Biz türkük. Bizim orada camaatda milli şüur vardı, ayıq idilər. Düzdür, çox şeyləri açıb demirdilər, amma milli şüuru aşılayırdılar. Həm də uşaqları ehtiyatlandırırdılar ki, Leninakanda çox olmayın, ora tək getməyin, qaranlıq yerdən keçməyin.

- Yəni o qan düşmənçiliyi insanların genetik yaddaşında yaşayırmış…

- O qan düşmənçiliyi qanda da, gendə də var, onu bizə ötürürdülər. Biz uşaqlıqdan bilirdik ki, biz də türkük, dağın o üzündəkilər də türkdür. Ermənilər bizi əsəbiləşdirirdi ki, sizin generalınız yoxdur. Deyirdik dağın o üzünə baxın, nə qədər desən generalımız var. Onlar da partlayırdılar. Orada milli zülüm vardı, bu olduğu üçün başqa etnik qruplar, kürdlər, azərbaycanlılar öz aralarında həmrəy olmalı idilər. O kənddə 18 il yaşadım, amma bir dəfə görmədim ki, bizim kəndin bir sakini o birini məhkəməyə versin. 

- Qaraçanta kəndində?

- Nəinki Qaraçantada, ümumiyyətlə Amasyada elə şey yox idi. Düzdür, dava-dalaş olurdu, amma rəsmən şikayət edilmirdi ki, biz heç kəsi erməninin əlinə  vermərik. Camaat istəmirdi ki, kimisə tutsunlar, cəzalandırsınlar. Ermənini yaxşı tanıyırdılar.  

- Müsahibələrinizdən birində "2007-ci ildə Monqolustana səfər etdim, Orxon-Yenisey abidələrini çəkdim. Ölkəmizdən o abidələri gedib görən ilk və son insan mənəm" demisiz.  Bu gün necə, yenə yeganəsiniz, yoxsa  artıq sizdən başqa da ora gedənlər olub?

- Ulan-Batorda bir dəfə Anar müəllim olub.  Orada Tonyukuk adlı bir türk abidəsi var. Ora bir saata, saat yarıma rahat gedirlər. Oradan 450 kilometr Orta Asiyaya doğru Qaraqorum şəhəri var, dəmiryolu yoxdur, ora getmək çətindir. Avtobusa minməlisən, 7-8 saat yol getməlisən Qaraqoruma. Ordan da təxminən 30-40 kilometr getməlisən ki, gedib əsl abidələri görəsən. Ulan-Batordakı abidəyə Anar müəllim də, Məmməd İsmayıl da, Vilayət Quliyev də gedib. Amma uzaq abidəyə getmək çətindir.

- Siz necə getdiniz?

- Ora getmək çox əzab-əziyyətlidir. Ona görə də ora hər adam gedə bilmir. Bir də ki, ora getmək üçün gərək o abidəni biləsən, yazasan, dərsini deyəsən…

Süleyman Dəmirəlin prezidentliyi dövründə Monqolustanla xüsusi müqavilə bağlanıb, abidələrin yerləşdiyi yerdə xüsusi bir bina tikilib. Çöldəki abidələrin özləri gətirilib binanın içinə qoyulub, amma dublikatını yaponlara düzəltdirib bayırda saxlayırlar. 

- Bunu nə üçün ediblər?

- Qorumaq üçün. Çünki quş cığı onu xarab edir. O abidələrin ən qocamanın yaşı 1400 ilə yaxındır. Türkiyədən getmişəm. Türkiyə ora bir yol çəkib. Abidələrin yerləşdiyi yerdə bir neçə adam işləyir, maaş alırlar. Onlar həm qarovulçudurlar, həm də bələdçilik edirlər. Ora gəlib-gedən çoxdur, əsasən də Türkiyədən, türk dünyasından gəlirlər. Monqollar onlara elə də maraq göstərmir, çünki yazıları oxuya bilmirlər. O abidələr ona görə salamat qalıb ki, ora yerli əhali müqəddəs yer kimi baxıb.

- O yazıları tam oxuya bilirsiz?

- Oxuyuram, dərsini də keçmişəm. Bir az fərqli əlifbadır, bəzi hərflər yazılmır, tələffüz edilir. Əslində, o qədər də çətin deyil, bir az alışmaq lazımdır.     

- 70 ili necə yaşadınız?

- Tarixin iki böyük xalqı var, biri ingilisdir, biri türk. Bunların torpaqları üzərində günəş batmayıb. Hər ikisinin də deyimləri var. İngilislərin belə bir deyimi var: 15 yaşına qədər təhsil yoxdursa, olmayacaq, 20 yaşına qədər arvadın yoxdursa, olmayacaq, 30 yaşına qədər pulun yoxdursa, olmayacaq. Bizdə vücudnamələr var. Məsələn, ən gözəlini türkmən şairi Məhtimqulu deyib: əlli oldun bəlli oldun, altmış oldun batmış oldun, yetmiş oldun getmiş oldun, oldun səksən bil ki, təksən, oldun doxsan bu gün varsan sabah yoxsan, yüz oldun torpaqla düz oldun. Türk xalqları həyatı belə görüb. Əlli olduq bəlli olduq, altmış olduq batmış olmadıq, yetmiş olduq hələ ki, getmiş olmadıq. 

- Bayaq dediniz ki, 91 kitabınız nəşr olunub. Bu kitabları necə çap etdirirsiniz? Heç olurmu ki, qonorar da alasınız?

- Əsla, qonorar almamışam. Daha elə şeylər yoxdur. Kitablarımı öz hesabıma çap edirəm. İndiyə qədər özümün 32 orjinal kitabım var, tərcümə kitablarımın sayı isə 66-dır. O 66 tərcümə kitablarından da 63-ü çıxıb, bir neçəsi nəşriyyatdadır. Mənim "Müstəqilliyin ilk dövrü Azərbaycan ədəbiyyatı" kitabım hazırda türkcə və qırğızca Bişkekdə çap olunur.  

Hazırda da iki kitab yazıram. Biri Toktoqulun 160 illiyi, o biri də Məhtimqulunun 300 illiyi ilə bağlıdır...Türkmən qəhrəmanlıq dastanı "Goroğlu"nu ana dilimizə çevirmək barədə çox düşünürdüm. Nəhayət, bacım, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Əsgərlə bu ağır işə girişdik. Tərcümə üç cilddən ibarət olacaq, iki cildin tərcüməsi artıq çapa hazırdır. İndi cildlərə ön söz və qeydlər yazırıq.

- Dünyanın bir çox ölkəsində olmusunuz. Bu səfərlərdə sizi təsirləndirən hadisələr olubmu?

- Ən çox Monqolustanda Orxon abidələrini görərkən çox təsirləndim. Mən Yenisey abidələrini də görmüşəm. 

- Elmi fəaliyyətiniz o qədər genişdir ki, danışmaqla bitməz. İstəyirəm ki, bir az da şəxsi həyatımızdan danışaq. Mərhum həyat yoldaşınızla necə tanış olmuşdunuz?

- Biz Moskvada oxuyarkən tanış olmuşduq. Mən jurnalistikada oxuyurdum, o da "fizfakt"da. Bakıya gəldik evləndik. Hətta teleqram vurub Heydər Əliyevi toyumuza dəvət etmişdim.

- Maraqlı faktdır. Teleqramınıza necə reaksiya vermişdi?

- Həmin vaxt o teleqramı ona verməyiblərmiş. Sonra Naxçıvanda onunla görüşdə dedim ki, mən sizə teleqram vurub toyumuza dəvət etmişdim, siz gəlmədiniz. Soruşdu ki, hansı tarixdə, teleqramı hara göndərmişdiniz? Dedim ki, Azərbaycan MKP-yə göndərmişdim. Dedi ki, teleqram mənə çatdırımayıb, çatdırılsaydı özüm gələ bilməzdim, amma hədiyyə göndərərdim. Onu da dedi ki, əgər mənə teleqram çatsaydı həmin teleqram haqda  Rusiyaya oxumağa göndərdiyimiz gənclərə danışardım ki, baxın, Moskvaya oxumağa göndərdiyim gənclər məni öz toylarına dəvət edib. Çox xoş təəssüratlardır.  

Sonra Heydər Əliyevdən xahiş etdim ki, bir kağıza mənə öz sözlərini, arzularını yazsın, o da yazdı. Hələ Heydər Əliyevin öz xətti ilə ürək sözlərini yazdığı o kağızı saxlayıram. Biz o zaman Heydər Əliyevin qayğısı ilə gedib Moskvada oxumuşduq. Bu baxımdan onun qayğısını hiss etmişdik. 

Övladlarıma gəlincə, üç övladım var, qızımın biri jurnalistdir, o biri qızım həkimdir, indi Türkiyədə çalışır, oğlum Atilla isə NASA-da işləyir.  

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.04.2025 / 22:20
Yunanıstan Baş Qərargah rəisindən Türkiyəyə həyasız mesaj: “Biz hər an hazırıq”

13.04.2025 / 21:53
Andrey Kozyrev Rusiyada “xarici agent” elan edildi

13.04.2025 / 21:42
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihənin növbəti mərhələsinə başlanılır

13.04.2025 / 21:15
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həll edilməli olan mühüm amillər var - Ceyhun Bayramov

13.04.2025 / 20:44
Ceyhun Bayramov: "Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin dəstəyi sayəsində Qərbin planları iflasa uğradı"

13.04.2025 / 19:22
“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verildi - FOTO

13.04.2025 / 17:18
Dəniz vasitəsilə İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı...

13.04.2025 / 16:43
İran-ABŞ danışıqlarının baş tutması Nitanyahunu məyus etdi

13.04.2025 / 16:31
“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı oldu - FOTO

13.04.2025 / 16:27
Mirzoyan Azərbaycanın konstitusiya ilə bağlı tələbindən yayındı

13.04.2025 / 16:12
Vardan Oskanyan sayıqlamalarına ara vermir

13.04.2025 / 15:54
Kiçik Netanyahu Makronu təhqir etdi: "Cəhənnəm ol"

13.04.2025 / 15:37
Ankara və Dəməşqdən “alternativ plan” - PKK silahı yerə qoymasa...

13.04.2025 / 15:16
Səudiyyə Ərəbistanı ABŞ-İran danışıqlarından məmnundur

13.04.2025 / 14:50
İran nüvə razılaşmasına qayıtmaq üçün şərtlərini açıqladı...

13.04.2025 / 14:33
Tramp ABŞ-İran danışıqlarını şərh etdi

13.04.2025 / 14:26
Şimali Kiprin xarici işlər naziri: "AB-nin TDT ölkələrinə qarşı oyunu utancvericidir"

13.04.2025 / 14:06
Ağ Evdən ABŞ-İran danışıqları ilə bağlı açıqlama - Vitkoff Trampın göstərişini Arakçıya çatdırdı...

13.04.2025 / 13:44
ABŞ və Iran Omanda razılığa gəldi...

13.04.2025 / 12:17
QMİ Həccə getmək istəyən zəvvarlara çağırış etdi - işbaz şirkətlərin vədlərinə aldanmayın...v

13.04.2025 / 00:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərdən görüntülər paylaşılıb - VİDEO

12.04.2025 / 22:19
ABŞ-ın Ukrayna ilə bağlı dəhşətli planı ortaya çıxdı – “Berlin modeli”… Ölkəni ikiyə böləcəklər…

12.04.2025 / 19:34
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - FOTO

12.04.2025 / 19:18
Omanda ABŞ-la İran arasında nüvə danışıqları başladı...

12.04.2025 / 19:14
"Antalya Diplomatiya Forumu Türk Dünyası və dünyamız üçün çox önəmli platformadır" - Əhliman Əmiraslanov

12.04.2025 / 19:06
İsrail müharibəni Qəzzanın bütün ərazilərinə yaydı

12.04.2025 / 18:57
ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğa çağırıldı

12.04.2025 / 18:18
ABŞ Ukraynaya təklif etdiyi saziş şərtlərini daha da sərtləşdirdi – bütün gəlirlər bizə çatmalıdır...

12.04.2025 / 17:22
Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib - FOTO

12.04.2025 / 17:09
Ceyhun Bayramov Antalyada Lavrovla görüşdü

12.04.2025 / 16:30
Bankdan götürdüyü krediti Maştağada avtomobildən apardılar...

12.04.2025 / 16:22
QAİ AŞPA prezidentinin böhtanlarına sərt reaksiya verdi - qaba, məsuliyyətsiz...

12.04.2025 / 16:07
ABŞ Ukraynanın hər şeyini qamarlayır, ancaq təhlükəsizliyinə zəmanət vermir

12.04.2025 / 15:43
Tramp yenə İranı hədələdi: “Cəhənnəm olacaq”

12.04.2025 / 15:38
Abşeronda genişmiqyaslı əməliyyat - 36 nəfər saxlandı...

12.04.2025 / 15:30
Bakı Yunus Əmrə İnstitutunda “Səhiyyəçi rəssamlar” adlı rəsm sərgisi açıldı

12.04.2025 / 15:28
Azərbaycan-İran sərhəddində atışma - naryada atəş açıldı, bir qaçaqmalçı zərərsizləşdirildi, biri yaxalandı, digəri isə...

12.04.2025 / 15:21
Taksi şirkətlərində saxta sürücülər peyda olub...

12.04.2025 / 15:14
Ailə institutu dağılır - Avropa Statistika bürosu Azərbaycan barədə dəhşətli rəqəm açıqladı…

12.04.2025 / 15:02
Tramp Azərbaycanın Avropadan gözləntilərinə "son qoydu"...

12.04.2025 / 14:53
Ermənistan ancaq bu şərtlə Azərbaycan-Gürcüstan birliyinə qoşula bilər...

12.04.2025 / 14:35
Ukraynada yeni “Bars” dron raketi yaradıldı

12.04.2025 / 14:17
Ceyhun Bayramov: "Azərbaycan Konstitusiyasında müasir Ermənistanın heç bir coğrafi adı və ərazisi yoxdur"

12.04.2025 / 14:06
"Sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var" - Ceyhun Bayramov

12.04.2025 / 13:50
Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərləri Antalyada Cənubi Qafqazı müzakirə etdi

12.04.2025 / 13:35
Ceyhun Bayramovla Mirzoyan Antalyada bir araya gəldi...

12.04.2025 / 13:10
Üç ayda 13 kişi məişət zorakılığına məruz qalıb - Dövlət Komitəsi açıqladı...

12.04.2025 / 12:36
Zakir Həsənov Antalyada Yaşar Gülərlə görüşdü

12.04.2025 / 12:10
Prezident İlham Əliyevin Antalyada Avropa Şurasının Baş katibi ilə görüşü olub

12.04.2025 / 11:17
Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana gedib

12.04.2025 / 11:05
“The Telegraph”: - “Rusiyanın yay hücumu uğursuzluğa məhkumdur”

12.04.2025 / 11:00
Kelloq “Times”-i onun sözlərini təhrif etməkdə ittiham etdi

12.04.2025 / 10:44
İsrail ordusunun Qəzzada böyük işğal planları var

12.04.2025 / 10:39
Şeyx Mansur bu futbolçu üçün düz 275 milyon avro təklif edir!

12.04.2025 / 10:32
Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub

12.04.2025 / 10:10
Ukraynada yeni “Bars” dron raketi yaradıldı

12.04.2025 / 09:23
Universitetlərdə bəzi ixtisaslar üzrə təhsil müddəti azaldıla bilər...

12.04.2025 / 08:37
"Zaminsiz, ancaq şəxsiyyət vəsiqəsi ilə kredit" elanlarının arxasında fırıldaq əlamətləri var...

12.04.2025 / 01:04
XİN-dən sərt açıqlama... AŞPA prezidenti Rusopulosun adı qara siyahıya salındı - "Azərbaycana soxularsa, rədd ediləcək"

11.04.2025 / 22:30
Xamneyi nəhayət ki, ABŞ-la birbaşa danışıqlara razılıq verdi

11.04.2025 / 22:26
İran Ermənistanda hərbi baza yaratmaq istəyir

11.04.2025 / 22:03
Bağanıs Ayrımda erməni hərbçilərin yandıraraq qətlə yetirdikləri 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirildi - FOTO

11.04.2025 / 21:12
Ermənistanda konstitusiya mübarizəsi başladı - müxalifət dirəşir...

11.04.2025 / 20:57
Saxta “erməni genosidi” tarixinin uydurma "sübutları" Marseldən İrəvana daşınır...

11.04.2025 / 20:54
"Cənubi Qafqaz bölgəsində regional məsələlər məhz region ölkələri tərəfindən həll olunmalıdır" - Prezident İlham Əliyev

11.04.2025 / 20:42
Kiçik addımlarla böyük etimad quruculuğuna doğru - Bakı-İrəvan prosesində Əliyevin yeni taktika təklifi...

11.04.2025 / 20:27
Bakıda gizli İsrail-Türkiyə danışıqları - kritik razılaşma əldə olundu, İsrail ağır şərtlər qoyur...

11.04.2025 / 20:14
Antalya Diplomatik Forumu Azərbaycanın əla nümayiş platforması olacaq...

11.04.2025 / 19:59
Qərbin 70 illik Fələstin siyasətinə Fransadan böyük zərbə...

11.04.2025 / 19:45
Hələ də yaşadılan “Böyük Ermənistan” xülyasının iki mənbəyi var...

11.04.2025 / 19:42
Toy karvanında "avtoşluq edən" sürücülər cəzalandırıldı

11.04.2025 / 19:38
Putinin ŞOK ÇIXIŞI yayıldı - "15 il gecikibsiniz, faydası yoxdur"...

11.04.2025 / 19:29
Fürsət düşən kimi aktiv və passiv erməni revanşçıları yenə birləşəcəklər...

11.04.2025 / 19:22
Çin ABŞ-ın ən ağrılı yerlərini hədəf aldı

11.04.2025 / 19:21
Prezident İlham Əliyevin Sudanın Suveren Keçid Şurasının Sədri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

11.04.2025 / 19:10
Azərbaycanda xristianlıq irsinə dair Vatikan konfransı erməniləri çaşdırıb...

11.04.2025 / 19:03
Milli Məclisdən Fransa Milli Assambleyasının qətnaməsinə sərt cavab – bu müstəmləkə siyasətinə haqq qazandırmaqdır...

11.04.2025 / 18:50
Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun yubileyi ilə bağlı toplantı keçirilib

11.04.2025 / 18:49
Əliyevin ADA konfransında sözləri və Trampın məktubu üst-üstə düşdü...

11.04.2025 / 18:47
Prezident İlham Əliyev Antalyada İrakli Kobaxidze ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.04.2025 / 18:36
İqtisadi Şuranın növbəti iclası keçirildi - Maliyyə Nazirliyinə tapşırıqlar verildi...

Dövlət orqanlarının səlahiyyətlərində dəyişikliklər dövlət quruculuğunda vacib addımlardır...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011