Astara Pedaqoji Kollecində 20 Yanvar hadisələrinin 34-cü il dönümü ilə bağlı tədbir keçirildi
Astara Pedaqoji Kollecində Azərbaycanın tarixinə qanlı faciə kimi daxil olmuş 20 Yanvar hadisələrinin 34-cü il dönümü ilə bağlı tədbir təşkil edilib.
Burada kollecin direktoru, professor Kamran Kazımov qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, xalqın apardığı azadlıq mübarizəsi və Qarabağ zəfəri haqqında məlumat verərək vurğulayıb ki, 20 yanvar dəhşətli faciə olsa da, xalqımızın qəhrəmanlıq səhifəsinə çevrildi. Çünki bu yolda şəhid olan qəhrəman Vətən övladları doğma Azərbaycanımızın səadəti, müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxmışdı. Və həqiqətdən doğan arzular reallaşdı. Belə ki, xalqımız milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Digər çıxışçılar da 20 yanvar hadisələrinə öz münasibəti bildirmiş və onu xalqın qəhrəmanlıq salnaməsi, eləcə azadlığın ilk zirvə günü hesab ediblər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü