"Xəstələrin klinika seçmə imkanı təmin olunmur" - Komitə sədri
Xəstələrin klinika seçmə imkanı təmin olunmur. Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, vətəndaşlarla görüşlər zamanı ən bariz problemlərdən biri budur.
“Biz elə bir səviyyə gəlib çıxmalıyıq ki, xəstə ona yaxın olan, onun istədiyi klinikada müalicə oluna bilsin. Bu sahə üzrə bizə daxil olan müraciətlər çoxluq təşkil edir - deyə o, əlavə edib.