Dünyada bir İLK: İsraildə süni mal əti satılacaq
İsrail süni mal ətinin satışını təsdiqləyən ilk ölkə olub. İsrailin Səhiyyə Nazirliyinin rəsmi məlumatında deyilir ki, müvafiq icazə qida texnologiyası şirkəti “Aleph Farms Ltd.”yə verilib.
Bildirilir ki, yeni qida toyuq hüceyrələrindən deyil, iribuynuzlu heyvanlardan alınan kultivasiya hüceyrələrindən hazırlanıb. Məhsul bioloji təhlükəsizlik, həmçinin istehlak zamanı zərərin olmaması üçün bütün lazımi testlərdən keçib. “Bütün yoxlamalardan keçdikdən sonra məhsulun İsraildə geniş ictimaiyyətə satışına icazə verilib”, - deyə materialda vurğulanıb.
Qurumdan əlavə edilib ki, zülallara qlobal tələbatın artması və canlılardan olmayan məhsulların istehsalının vacibliyini nəzərə alaraq, nazirlik alternativ qida mənbələrinin inkişafı istiqamətində işlər aparır.
Mətləb Salahov